Prezident və ailə üzvləri sərgi ilə tanış oldu

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva bu gün Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr edilmiş “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar.

Gazette.az xəbər verir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən sərgidə Xalq rəssamının şəxsi kolleksiyasından seçilmiş, 1960-cı illərdən bu günədək yaratdığı 90-dan çox əsər, o cümlədən monumental rəngkarlıq tablolarından kiçikformatlı qrafik işlərədək müxtəlif sənət nümunələri nümayiş olunur.

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən olan Fərhad Xəlilov zəngin yaradıcılığı, özünəməxsus bədii üslubu və fərqli dəst-xəti ilə seçilir. Rəssam dəzgah rəngkarlığının müxtəlif janrlarında çalışaraq realizmdən avanqard və mücərrəd sənətə qədər fərqli bədii yanaşmaları yaradıcılığında birləşdirib. Onun əsərlərində bədii ifadə vasitələrinin rəngarəngliyi, rəng və kolorit həllinin özünəməxsusluğu, həmçinin təsvir olunan məkanın emosional təsir gücü diqqəti cəlb edir.

Sənətkarın yaradıcılığında mənzərə janrı, xüsusilə də Abşeron mövzusu mühüm yer tutur. Rəssamın şəxsi müşahidələri və təəssüratları əsasında yaratdığı əsərlərdə Abşeronun təbiəti, sahil mənzərələri, kəndləri, dəyişkən hava şəraiti və özünəməxsus ab-havası fərdi bədii interpretasiya ilə rəng, işıq və kolorit vasitəsilə öz ifadəsini tapıb.

Abşeron onun yaradıcılığında yalnız təsvir obyekti deyil, həm də rəssamın duyğularını, düşüncələrini və dünyaya baxışını ifadə edən əsas mövzulardan biridir. Rəssamın əsərlərində məkanın vizual xüsusiyyətləri ilə yanaşı, onun doğurduğu emosional hisslər də var.

Xalq rəssamının yaradıcılığında rəngkarlıqla yanaşı, qrafika da xüsusi yer tutur. Müxtəlif formatlarda və fərqli bədii yanaşmalarla ərsəyə gətirilmiş qrafik əsərlər sənətkarın yaradıcılıq diapazonunun genişliyini, forma və kompozisiya axtarışlarını nümayiş etdirir. Sərgi Abşeron mövzusunun rəssamın yaradıcılığında zamanla necə inkişaf etdiyini və onun fərdi sənət dilində kəsb etdiyi mənanı üzə çıxarır.

SON XƏBƏRLƏR

İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir

XRİTDX Xüsusi Rabitə Sistemləri Laboratoriyasını istifadəyə verib

Prezident İlham Əliyev Petr Paveli təbrik edib

İlham Əliyev onlara müraciət ünvanladı

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Agentlikdə bir qrup müharibə iştirakçısı ilə görüş keçirildi

Rəşad Əhmədzadə işçisini məhkəməyə verdi - Videomüraciət yaymışdı

AQTA yanında İctimai Şuranın növbəti iclası keçirilib

İCMA üzvləri ilə DMA arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 8000 MANAT

Prezident və ailə üzvləri sərgi ilə tanış oldu

İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Müstəntiqlikdən nazir müavini vəzifəsinə... - Dosye

Penitensiar xidmətə yeni rəis təyin edildi

Mirsaleh Seyidov vəzifəsindən azad olundu

Bakıda 200 -dən çox xanım idmançının iştirakı ilə karate seminarı keçirilib -

İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Bakı Beynəlxalq İncəsənət Festivalının paralel proqramı elan edilib

Hikmət Hacıyev: Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb

Qubadlının mədəni irsi və milli kimliyi

BÜTÜN XƏBƏRLƏR