Azərbaycanın “EXPO 2030 Ər-Riyad” sərgisində iştirakına dair müqavilə imzalanıb

“EXPO 2030 Ər-Riyad” dünya sərgisinin baş icraçı direktoru Talal Əl-Mərri və ölkəmizin “EXPO 2030 Ər-Riyad” üzrə baş komissarı Anar Ələkbərov arasında Bakıda keçirilən görüşdə Azərbaycanın bu beynəlxalq layihədə iştirakına dair müqavilə imzalanıb.

Müqavilənin imzalanması Azərbaycanın sərgidə iştirakına hazırlıq prosesində mühüm addım hesab olunur.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, ölkəmizin “EXPO 2030 Ər-Riyad” üzrə baş komissarı Anar Ələkbərov dünya sərgisində iştiraka dair müqavilənin Bakıda imzalanmasına diqqət çəkərək, Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq, qarşılıqlı hörmət və sıx əməkdaşlığa əsaslanan əlaqələr mövcud olduğunu bildirib. Deyib ki, bu münasibətlər siyasi, iqtisadi, enerji və mədəniyyət sahələrində davamlı olaraq inkişaf edir. “EXPO 2030 Ər-Riyad” sərgisində iştirakımız bu tərəfdaşlığın əhəmiyyətini və Səudiyyə Ərəbistanının bu mühüm beynəlxalq tədbirə ev sahibliyi etməsinə dəstəyimizi nümayiş etdirir.

Qeyd olunub ki, Azərbaycan pavilyonu ölkəmizin zəngin irsini, mədəniyyətini və gələcəyə baxışını dünyanın müxtəlif ölkələrindən gələn ziyarətçilərə təqdim edərək, xalqlarımız arasında əlaqələri daha da möhkəmləndirməyə xidmət göstərəcək.

“EXPO 2030 Ər-Riyad”ın baş icraçı direktoru Talal Əl-Mərri bildirib ki, sərgidə beynəlxalq iştirak getdikcə genişlənir. İştirakını təsdiqləyən ölkələr artıq pavilyonlarının hazırlanması və ziyarətçilər üçün təqdim olunacaq proqramların planlaşdırılması istiqamətində fəal iş aparır. Azərbaycanın sərgidə iştirakına dair müqavilənin imzalaması da bu prosesdə mühüm mərhələdir. Onun sözlərinə görə, “EXPO 2030 Ər-Riyad” ölkələri və xalqları bir araya gətirərək fikir mübadiləsini təşviq edəcək, əməkdaşlığı genişləndirəcək və ortaq gələcəyimizin formalaşmasına töhfə verən yeni tərəfdaşlıqların qurulmasına şərait yaradacaq.

Qeyd edək ki, Ər-Riyadda EXPO dünya sərgisi 2030-cu il oktyabrın 1-dən 2031-ci il martın 21-dək davam edəcək. Hazırda “EXPO 2030 Ər-Riyad” sərgisinə hazırlıq prosesi çərçivəsində ərazinin hazırlanması, ilkin infrastrukturun yaradılması üzrə işlər həyata keçirilir.

SON XƏBƏRLƏR

Ombudsman aparatının stendi hüquqi maarifləndirmə mərkəzinə çevrilib

Fərid Əhmədov Pakistanın Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlanılıb

Azərbaycanın “EXPO 2030 Ər-Riyad” sərgisində iştirakına dair müqavilə imzalanıb

Fərhad Xəlilov: "İstiqlal" ordenini alacağımı heç fikirləşməzdim

Qoşqar Təhməzli sahibkarları qəbul edəcək

Prezident Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi

Yeni icra başçısı kollektivə təqdim olundu

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Milli Qəhrəman komaya düşüb - Vəziyyəti ağırdır

AQTA sədri İmişli və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub

Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti

“Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” mövzusunda konfrans keçirilib

Dünya Bankı ilə Yaşıl Enerji Dəhlizinin inkişafı müzakirə edilib

ETN ilə QHT Agentliyi qrant müsabiqəsi elan edir

Bakının su təchizatı bu şəxsə həvalə olundu - TƏYİNAT

Füzuli rayonunda istehlakçılar üçün “Açıq qapı” günü keçirilib

Vergi Xidmətindən getdi, "AZCON Holding"də vəzifəyə təyin edildi

Azərbaycanda İslam bankçılığına olan tələbat ölçülüb

Bu qidalar insult və unutqanlıq yaradır

BÜTÜN XƏBƏRLƏR