
Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE
Fazil Məmmədov Naxçıvan Muxtar Respublikası (MR) mədəniyyət nazirinin müavini vəzifəsinə təyin edilib.
Gazette.az xəbər verir ki, muxtar respublikanın Baş naziri Cabbar Musayev bununla bağlı sərəncam imzalayıb.
F.Məmmədovu kollektivə C. Musayev təqdim edib.
O, bu təyinatadək Naxçıvan MR Ali Məclisi Aparatı rəhbərinin müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Fazil Məmmədov 25 sentyabr 1970-ci ildə anadan olub. Mühəndis-texnoloq və inzibati idarəetmə ixtisasları üzrə təhsil alıb.
1994-2025-ci illərdə özəl şirkətlərdə, “Azərkimya” Dövlət Şirkətində, Azərbaycan Respublikasının Gənclər və İdman, İqtisadiyyat və Energetika nazirliklərində müxtəlif vəzifələrdə çalışıb.
Yeni təyinatadək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini vəzifəsində fəaliyyət göstərib. Dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsinə malikdir.
Ailəlidir, iki övladı var.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





