Dünya Bankı ilə Yaşıl Enerji Dəhlizinin inkişafı müzakirə edilib

Bakıda “Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru” Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə enerji təcrübəsi meneceri Stephanie Gil ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında energetika sahəsində əməkdaşlıq, o cümlədən AZURE layihəsi və “yaşıl enerji dəhlizləri”nin inkişafına texniki dəstək məsələləri nəzərdən keçirilib. Bərpa olunan enerji istehsalının genişləndirilməsi, elektrik şəbəkəsinin gücləndirilməsi və regional enerji bağlantılarının yaradılması istiqamətində əməkdaşlıq yüksək qiymətləndirilib.

Nazir Azərbaycanın tərəfdaş ölkələrlə müxtəlif formatlarda həyata keçirdiyi dörd enerji bağlantısı layihəsinin Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropanın elektrik enerjisi sistemlərini əlaqələndirmək məqsədi daşıdığını bildirib. Bu təşəbbüslərin enerji təhlükəsizliyinin və milli enerji sistemlərinin dayanıqlılığının möhkəmləndirilməsi, sərhədlərarası elektrik enerjisi ticarətinin genişləndirilməsi və yeni investisiyaların cəlbi baxımından strateji əhəmiyyəti vurğulanıb. Mərkəzi Asiyanın zəngin günəş, külək və hidroenerji resurslarının Avropa bazarlarına çıxış imkanları ilə əlaqələndirilməsinin uzunmüddətli inkişaf perspektivləri yaratdığı qeyd olunub.

Müzakirələr zamanı “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” məsələsinə xüsusi diqqət yetirilib. Dünya Bankının bu prosesdə fəal iştirakının əhəmiyyəti vurğulanıb. Həmçinin Yaşıl Enerji Dəhlizinə fiber-optik bağlantının əlavə olunması ilə Xəzərdən Mərkəzi Avropaya uzanan enerji və rəqəmsal bağlantıların inkişaf perspektivləri nəzərdən keçirilib.

Bankın texniki dəstəyi çərçivəsində iştirakçı ölkələrdə tənzimləyici mühitin, elektrik enerjisinə tələb və təklifin, ölkələrarası ötürmə imkanlarının, biznes modelləri və maliyyələşdirmə variantlarının qiymətləndirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.

Görüşdə regional elektrik enerjisi bazarlarının inkişafı və qarşılıqlı enerji axınlarının yaradılması imkanları ətrafında da fikir mübadiləsi aparılıb.

SON XƏBƏRLƏR

Milli Qəhrəman komaya düşüb - Vəziyyəti ağırdır

AQTA sədri İmişli və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub

Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti

“Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” mövzusunda konfrans keçirilib

Dünya Bankı ilə Yaşıl Enerji Dəhlizinin inkişafı müzakirə edilib

ETN ilə QHT Agentliyi qrant müsabiqəsi elan edir

Bakının su təchizatı bu şəxsə həvalə olundu - TƏYİNAT

Füzuli rayonunda istehlakçılar üçün “Açıq qapı” günü keçirilib

Vergi Xidmətindən getdi, "AZCON Holding"də vəzifəyə təyin edildi

Azərbaycanda İslam bankçılığına olan tələbat ölçülüb

Bu qidalar insult və unutqanlıq yaradır

Sabah bütün sosial ödənişlər yekunlaşdırılacaq

Çap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur?

Xidmətlər Zərfinə arterial hipertenziya ilə bağlı dərman təminatı da daxil ediləcək

Tələbə Elmi Cəmiyyətinə sədr seçilib

Şəkinin turizm imkanları mediatur çərçivəsində təqdim olunub

Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi Layihəsi təqdim olunub

İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzalayıb

Yardımlıya icra başçısı təyin olundu - Sərəncam

Qubada iki bələdiyyənin adı dəyişdirildi

BÜTÜN XƏBƏRLƏR