Qarabağda qadın fermerlərə 75 tondan çox toxum verilib

“Aqrar Tədarük və Təchizat” ASC tərəfindən PAŞA Holdinqin maliyyə dəstəyi ilə həyata keçirilən “Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” (AFAQ) layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən qadın fermerlərə payızlıq əkin üçün toxum dəstəyi göstərilib.

Oktyabrın 26-dan 28-dək Laçın, Ağdərə, Xocalı və Xocavənd rayonlarında keçirilən paylanma zamanı 17 kooperativə və 78 ailə kəndli təsərrüfatına ümumilikdə 75 tondan çox buğda və arpa toxumu təqdim olunub. Bundan əlavə, Ağdərədə bir təsərrüfata 2 058 ədəd alma tingi verilib.

Rayonlar üzrə dəstək aşağıdakı kimidir:

Laçın rayonu, Zabux kəndi: 7 kooperativ və 2 ailə kəndli təsərrüfatı, 14,7 ton “Mətin” sortlu buğda toxumu;
Ağdərə rayonu, Həsənriz və Suqovuşan kəndləri: 3 kooperativ və 51 ailə kəndli təsərrüfatı, 26 ton buğda və 12,5 ton arpa toxumu, həmçinin 2 058 ədəd alma tingi;
Xocalı rayonu: 7 kooperativ və 5 ailə kəndli təsərrüfatı, 9 ton arpa və 0,4 ton buğda toxumu;
Xocavənd rayonu, Qırmızı Bazar kəndi: 20 ailə kəndli təsərrüfatı, 13 ton arpa toxumu.
Fermerlərə “Krasnodar Tanya” və “Mətin” sortlu buğda, “Krasnodar İosif” və “Cəlilabad 19” sortlu arpa toxumları verilib. Toxumun miqdarı hər təsərrüfatın əkin sahəsinə uyğun hesablanıb və təsərrüfatların toxum ehtiyacının təxminən 40 faizini qarşılayır.

Paylanma zamanı Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin təlimçiləri fermerlər üçün təlimlər keçiriblər. Təlimlərdə payızlıq əkinin təşkili, torpağın hazırlanması, toxum seçimi və əkinçilik qaydaları barədə məlumat verilib.

Dəstəyin məqsədi Qarabağa qayıdan ailələrin torpaqları yenidən əkinə cəlb etməsinə, qadınların öz təsərrüfatlarını qurmasına və gəlir əldə etməsinə şərait yaratmaqdır.

Qeyd edək ki, AFAQ layihəsi kənd yerlərində qadınların aqrar sahədə iqtisadi fəallığının artırılmasına yönəlib. Layihə çərçivəsində qadın fermerlərə avadanlıq, yem və toxum dəstəyi göstərilir, təlimlər keçirilir, qadın kooperativlərinin yaradılması dəstəklənir.

SON XƏBƏRLƏR

AQTİ-də “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim keçirilib

Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində

Qarabağda qadın fermerlərə 75 tondan çox toxum verilib

Zəfərimizin qəhrəmanları daim ehtiramla anılır

Daha 20 tələbəyə təqaüd ayrılacaq

ASCO-da İctimai Şura üzvləri ilə görüş keçirilib

Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edildi

Azərbaycançılıq ideologiyası informasiya suverenliyinin əsas təminatıdır

KOSMİK Akademiya daha bir beynəlxalq mükafata layiq görülüb

Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq

ASK ilə ADFIMI arasında memorandum imzalanıb

Zəfər günü ərəfəsində Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək

İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Zaur Əliyevin “Sahiblik” adlı yeni dərs vəsaiti işıq üzü görüb.

Daha 7 il Ombudsman olacaq

“ASAN xidmət” kollektivi Zəfər Gününü qeyd edib

Azərbaycanda "Quşçuluq qrupu" fəaliyyətə başlayıb

Pensiyalarla bağlı yeni qərar AÇIQLANDI

Səhiyyə naziri dəyişdi, müşavir işindən ayrıldı

BÜTÜN XƏBƏRLƏR