Azərbaycanda "Quşçuluq qrupu" fəaliyyətə başlayıb

"Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin əlaqələndirilmiş şəkildə icrasını təmin etmək məqsədilə "Quşçuluq qrupu" fəaliyyətə başlayıb.

Gazette.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, qurumda Dövlət Proqramı çərçivəsində quşçuluq sahəsinin inkişafının stimullaşdırılması, qarşıda duran vəzifələr və görüləcək işlərin müzakirəsinə həsr olunmuş görüş keçirilib. Görüşdə Nazirliyin məsul şəxsləri və struktur bölmələrinin əməkdaşları, "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin üzvləri və quşçuluq sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

Bildirilib ki, "Quşçuluq qrupu"nun əsas fəaliyyət istiqamətləri quşçuluq təsərrüfatlarının ehtiyaclarının qiymətləndirilməsi, sahənin xüsusiyyətləri nəzərə alınmaqla torpaqların kateqoriyasının və ya məqsədli təyinatının dəyişdirilməsi prosesinin sürətləndirilməsi, quşçuluq binalarının və kəsimxanaların tikintisi, yumurta emalı müəssisəsinin yaradılması, eləcə də damazlıq işinin təşviqinə yönəlmiş dəstək mexanizmlərinin hazırlanmasını əhatə edir. Qeyd olunub ki, nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində quş əti istehsalının 30 %, yumurta istehsalının isə 27 % artırılması hədəflənir.

Görüşdə quşçuluq müəssisələrinin nümayəndələri fəaliyyətləri, mövcud istehsal imkanları və həyata keçirdikləri layihələr barədə məlumat verib, sahənin inkişafına dair təkliflərini diqqətə çatdırıblar. Həmçinin, ölkədə sənaye üsulu ilə quş əti istehsalının mövcud vəziyyəti, istehsal proseslərinin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, yem təminatının yaxşılaşdırılması və sahənin inkişafına təsir göstərən digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Dövlət Proqramında müəyyən edilmiş hədəflərə nail olunması üçün dövlət və özəl sektor arasında səmərəli əməkdaşlığın vacibliyi vurğulanıb.

SON XƏBƏRLƏR

Daha 7 il Ombudsman olacaq

“ASAN xidmət” kollektivi Zəfər Gününü qeyd edib

Azərbaycanda "Quşçuluq qrupu" fəaliyyətə başlayıb

Pensiyalarla bağlı yeni qərar AÇIQLANDI

Səhiyyə naziri dəyişdi, müşavir işindən ayrıldı

Bəzi ölkələr 3 günlük ərzaq ehtiyatı yığmağa çağırır - Məqsəd nədir?

Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu

Yakuboviç Ukrayna kəşfiyyatının məlumat bazasına daxil edilib

Yasamalda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar

Bu ay 11 gün iş olmayacaq

Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib

Qaytarıla bilməyən kreditlərin aqibəti necə olacaq?

Bunlar ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiyadır

Əlbir olub 200 min rüşvət alıblar - Vəzifəli şəxslərin məhkəməsi başlayır

İran-Azərbaycan sərhədində silahlı insident

"Fayda" LOQOS Qadın Uzunömürlülük Rezidensiyasını ziyarət etdi

Heydər Əliyev Mərkəzində “Art Weekend”in rəsmi açılışı olub

Hər gün alma yemək orqanizmə necə təsir edir?

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

BÜTÜN XƏBƏRLƏR