KOSMİK Akademiya daha bir beynəlxalq mükafata layiq görülüb

“Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiya kosmik sahədə göstərdiyi fəaliyyətə, regionda kosmik təhsilin və insan kapitalının inkişafına verdiyi töhfələrə görə “APRSAF Kosmik Nailiyyət Mükafatı”na (APRSAF Space Achievement Award) layiq görülüb.

“Azərkosmos”dan bildirilib ki, mükafat Tailandın Banqkok şəhərində keçirilmiş Asiya-Sakit Okean Regionu Kosmik Agentlikləri Forumunun (APRSAF) 32-ci sessiyası çərçivəsində KOSMİK Akademiyanın nümayəndələrinə təqdim olunub. Mükafat sertifikatında akademiyanın fəaliyyətinin kosmik sahəyə mühüm töhfələr verdiyi, gələcək nəsil kosmos mütəxəssislərinin və regionun liderlərinin yetişməsinə ilham verdiyi qeyd olunub.

“APRSAF Space Achievement Award” KOSMİK Akademiyanın kosmik təhsil, maarifləndirmə və gənclərin kosmos sahəsinə marağının artırılması istiqamətində həyata keçirdiyi fəaliyyətin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Bu mükafat akademiyanın indiyədək həyata keçirdiyi təşəbbüslərin və kosmik sahədə insan kapitalının inkişafına yönəlmiş fəaliyyətinin beynəlxalq kosmik ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini nümayiş etdirir.

KOSMİK Akademiya 2024-cü ildən etibarən “APRSAF”ın mövcud dörd beynəlxalq kosmik təhsil layihəsində Azərbaycanın iştirakını təmin edir. Bu təşəbbüslər vasitəsilə şagird və gənclərin kosmik elmlərə çıxış imkanlarının genişləndirilməsi, praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də Azərbaycanın beynəlxalq kosmik təhsil şəbəkələrində iştirakının gücləndirilməsi istiqamətində fəaliyyət göstərilir.

Qeyd edək ki, Azərbaycanın “APRSAF” çərçivəsində əməkdaşlığının genişlənməsi ölkənin Asiya dövlətləri ilə əlaqələrinin müxtəlif istiqamətlər üzrə inkişafının tərkib hissəsidir. Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində fəaliyyəti də bu əməkdaşlığın genişlənməsinə və çoxtərəfli dialoqun təşviqinə xidmət edir. Oktyabrın 15-də Bakıda keçirilmiş AQEM-in 7-ci Zirvə görüşü Azərbaycanın Asiya ölkələri arasında dialoqun təşviqinə, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və çoxtərəfli əməkdaşlığın inkişafına verdiyi töhfəni əks etdirir.

Qeyd edək ki, 1993-cü ildə Tokioda yaradılmış APRSAF Asiya-Sakit okean regionunda kosmik fəaliyyət sahəsində əməkdaşlığın inkişafına xidmət edən beynəlxalq platformadır. Forum 52 ölkədən 844 nüfuzlu təşkilatı və 32 beynəlxalq qurumu bir araya gətirərək ev sahibliyi edən yerli tərəfdaşın birgə təşkilatçılığı ilə fərqli ölkələrdə keçirilir.

Forum kosmik texnologiyaların dinc məqsədlərlə istifadəsini təşviq edir, kosmik agentliklər, dövlət qurumları, elmi-tədqiqat müəssisələri və digər maraqlı tərəflər arasında bilik və təcrübə mübadiləsini dəstəkləyir. Onun əsas fəaliyyət istiqamətləri peyk tətbiqləri, kosmik tədqiqatlar, kosmik təhsil, kosmik sənaye, eləcə də kosmik siyasət, diplomatiya və hüquq sahələrini əhatə edir.

SON XƏBƏRLƏR

Azərbaycançılıq ideologiyası informasiya suverenliyinin əsas təminatıdır

KOSMİK Akademiya daha bir beynəlxalq mükafata layiq görülüb

Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq

ASK ilə ADFIMI arasında memorandum imzalanıb

Zəfər günü ərəfəsində Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək

İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Zaur Əliyevin “Sahiblik” adlı yeni dərs vəsaiti işıq üzü görüb.

Daha 7 il Ombudsman olacaq

“ASAN xidmət” kollektivi Zəfər Gününü qeyd edib

Azərbaycanda "Quşçuluq qrupu" fəaliyyətə başlayıb

Pensiyalarla bağlı yeni qərar AÇIQLANDI

Səhiyyə naziri dəyişdi, müşavir işindən ayrıldı

Bəzi ölkələr 3 günlük ərzaq ehtiyatı yığmağa çağırır - Məqsəd nədir?

Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu

Yakuboviç Ukrayna kəşfiyyatının məlumat bazasına daxil edilib

Yasamalda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar

Bu ay 11 gün iş olmayacaq

Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib

Qaytarıla bilməyən kreditlərin aqibəti necə olacaq?

BÜTÜN XƏBƏRLƏR