
Zəfərimizin qəhrəmanları daim ehtiramla anılır
Şəhidlərimizin əziz xatirəsinin uca tutulması, onların ailələrinin sosial rifahının və mənəvi dəstəyinin təmin edilməsi dövlətimizin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biridir
Bu siyasət xalqımızın milli-mənəvi dəyərlərinə, vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın ehtiramına və dövlət-vətəndaş münasibətlərində humanizm prinsiplərinə əsaslanır
Dövlət başçısının şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğı bu siyasətin əsas mahiyyətini təşkil edir. I vitse prezident Mehriban Əliyevanın humanizmi, mərhəməti, insan amilinə əsaslanan fəaliyyəti də cəmiyyətdə şəhid ailələrinə həssas münasibətin güclənməsinə mühüm töhvə verir.
Bu gün Azərbaycanın qazandığı tarixi zəfər şəhidlərimizin qanı və canı bahasına əldə olunmuş milli qürur mənbəyidir. Onların ailələrinə göstərilən diqqət və qayğı isə həmin qəhrəmanlığın mənəvi məsuliyyətini yaşatmaq, Vətənə sədaqət ənənələrini gələcək nəsillərə ötürmək deməkdir.
Rayon rəhbərliyi tərəfindən şəhid ailələri mütəmadi olaraq ziyarət edilir, onların sosial vəziyyəti, gündəlik qayğıları və ehtiyacları daima diqqətdə saxlanılır. Görüşlər zamanı ailə üzvlərinin müraciətləri həssaslıqla dinlənilir, onları narahat edən məsələlərin araşdırılması və aidiyyatı qurumlarla birlikdə həlli istiqamətində müvafiq tədbirlər görülür.
Görüşlər zamanı Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirirlər.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





