Daha 20 tələbəyə təqaüd ayrılacaq

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur.

Müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli və Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov imzalayıblar.

Nicat Məmmədli əməkdaşlığın davam etdirilməsinin sosial həssas qrupa aid olan gənclərin təhsil imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Sədr bildirib ki, tələbələrə göstərilən maliyyə dəstəyi onların təhsillərini davam etdirmələrinə, bilik və bacarıqlarını inkişaf etdirmələrinə, gələcək hədəflərinə doğru inamla irəliləmələrinə şərait yaradır.

Yusif Poladov vətəndaşların təhsil sahəsinə göstərdiyi dəstəyin və sosial həmrəyliyin böyük əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, Birbank tətbiqi vasitəsilə həyata keçirilən “Onu oxut” aksiyası çərçivəsində vətəndaşların etdiyi könüllü ianələr hesabına ərsəyə gələn bu kimi təşəbbüslər sosial həssas qrupa aid olan gənclərin ali təhsil imkanlarının genişləndirilməsinə və dövlətin bu istiqamətdə həyata keçirdiyi səylərə mühüm töhfə verir.

Proqram sosial həssas qrupa aid olan, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin I kursunda təhsil alan və qəbul imtahanında minimum 600 bal toplayan tələbələri dəstəkləməyi hədəfləyir. Seçiləcək hər bir tələbəyə 10 ay müddətində aylıq 200 manat məbləğində təqaüd veriləcək.

Qeyd edək ki, Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondunun əməkdaşlığı çərçivəsində bu günədək 43 tələbəyə təqaüd ayrılıb. Proqramın davam etdirilməsi sosial həssas qrupa aid olan gənclərin ali təhsil almasına və akademik inkişafına dəstəyin genişləndirilməsinə imkan yaradır.

SON XƏBƏRLƏR

Zəfərimizin qəhrəmanları daim ehtiramla anılır

Daha 20 tələbəyə təqaüd ayrılacaq

ASCO-da İctimai Şura üzvləri ilə görüş keçirilib

Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edildi

Azərbaycançılıq ideologiyası informasiya suverenliyinin əsas təminatıdır

KOSMİK Akademiya daha bir beynəlxalq mükafata layiq görülüb

Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq

ASK ilə ADFIMI arasında memorandum imzalanıb

Zəfər günü ərəfəsində Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək

İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Zaur Əliyevin “Sahiblik” adlı yeni dərs vəsaiti işıq üzü görüb.

Daha 7 il Ombudsman olacaq

“ASAN xidmət” kollektivi Zəfər Gününü qeyd edib

Azərbaycanda "Quşçuluq qrupu" fəaliyyətə başlayıb

Pensiyalarla bağlı yeni qərar AÇIQLANDI

Səhiyyə naziri dəyişdi, müşavir işindən ayrıldı

Bəzi ölkələr 3 günlük ərzaq ehtiyatı yığmağa çağırır - Məqsəd nədir?

Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu

Yakuboviç Ukrayna kəşfiyyatının məlumat bazasına daxil edilib

BÜTÜN XƏBƏRLƏR