Sahibkarlar SİMA İmza səlahiyyətini onlayn və müddətsiz ötürə bilər

Fərdi sahibkarlar və hüquqi şəxslər bundan sonra sima.az saytının Kabinetim bölməsində digər şəxslərə müddətsiz imza səlahiyyəti verə bilərlər. Yeni funksiya sahibkarlara vergi, gömrük, bank və digər biznes əməliyyatlarını onların adından icra edəcək şəxsləri tam rəqəmsal qaydada təyin etməyə imkan verir.

Səlahiyyətin verilməsi üçün Kabinetim bölməsində müvafiq şəxsin FİN kodunu daxil etmək və ona uyğun rol təyin etmək kifayətdir. Səlahiyyət ötürülən şəxsin sahibkarın müəssisəsində çalışması tələb olunmur: sahibkar imza hüququnu həm öz əməkdaşına, həm də əməkdaşlıq etdiyi digər şəxslərə həvalə edə bilər. Əsas şərt həmin şəxsin müəssisənin VÖEN-i üzrə SİMA-nın biznes imza sertifikatına malik olmasıdır.

Verilən səlahiyyət müddətsizdir və sahibkar onu istənilən vaxt ləğv etmək hüququna malikdir. 

Qeyd edək ki, biznes imza sertifikatını SİMA İmza tətbiqində onlayn şəkildə əldə etmək olar. İmzanı ilk dəfə əldə edən şəxslər 6AYPULSUZ promokodundan yararlanaraq, imzadan ilk 6 ay ərzində ödənişsiz istifadə edə bilərlər.

“SİMA İmza” haqqında

SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. SİMA İmza istifadəçilərə müxtəlif dövlət və özəl xidmətlərdən təhlükəsiz və sürətli şəkildə yararlanmağa imkan verən rəqəmsal imza həllidir. Biznes imzasının əldə edilməsi zamanı abunə haqqından başqa heç bir gizli və əlavə xərc yoxdur.

SON XƏBƏRLƏR

DİN daha bir şəxsi həbs etdi

Anar Bayramov səhiyyə naziri oldu - Sərəncam

Teymur Musayev Baş nazirin müavini təyin olundu

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi

Azərbaycanın qış turizmi potensialı Londonda təqdim olunub

Əsgərin ölümünə görə 2 nəfər həbs edildi

Sahibkarlar SİMA İmza səlahiyyətini onlayn və müddətsiz ötürə bilər

Tibbin 9 istiqaməti, yeni elmi nəticələr: ATU jurnalının növbəti sayı

Gəncədə YAP-ın Qurultayından irəli gələn vəzifələrə dair müşavirə keçirilib

Vəkillər Kollegiyasının sədri yeni hakim təyin olunmuş 8 vəkili təltif edib

Nazirlikdə Özbəkistan nümayəndə heyəti ilə görüş olub

Prezidentdən Valeh Ələsgərovla bağlı - Sərəncam

Marsol Group partnyorları Azərbaycanın Yaponiyadakı səfirliyində olublar

Bakıda keçirilən NATO təlimi başa çatıb

Anar Bayramov Quba Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

BƏƏ nümayəndə heyəti ölkəmizə səfər edib

DSX-nin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd olundu

Metrodan istifadə edənlər azalıb

Aslan Abbaszadə Vüqar Zifəroğlunu təbrik edib

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

BÜTÜN XƏBƏRLƏR