Şuşada “İgidlərin izi ilə” adlı Zəfərə həsr olunmuş turnir keçirilib

Şuşa şəhərində Zəfərimizin 5 illiyinə həsr olunmuş “İgidlərin izi ilə” adlı qayayadırmanma turniri keçirilib.

Azərbaycan Alpinizm Federasiyasından  verilən məlumata görə, iki gün davam edən tədbirin ilk günündə iştirakçılar Muxtar kəndindən Cıdır düzünə qədər piyada yürüş edərək igidlərimizin keçdiyi yollarla tanış olublar. İkinci gün isə Cıdır düzündə keçirilən qayayadırmanma yarışı gərgin və maraqlı idman mübarizəsinə çevrilib. Peşəkar və həvəskar komandalar yarışda güclərini sınayıb. Sonda qalib komandalar diplomlarla təltif olunub.

Turnir təkcə idman yarışı deyil, həm də şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsi, Zəfər tariximizin yaşadılması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, idman yarışı Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər və Gənclər və İdman nazirliklərinin, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə Xüsusi Nümayəndəliyinin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin və Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə həyata keçirilib.

SON XƏBƏRLƏR

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

BÜTÜN XƏBƏRLƏR