Voleybolda üçtərəfli əməkdaşlıq: Azərbaycan Belçika və İspaniya ilə anlaşdı

Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç ölkəmizdə səfərdədir.

Səfər çərçivəsində bu gün CEV rəhbəri R.Sikiriç, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, Belçika Voleybol Federasiyasının prezidenti Guy JUWET, İspaniya Voleybol Federasiyasının prezidenti PASCUAL BERNALDEZ Felipe arasında görüş keçirilib. GİN-in Voleybol Mərkəzində təşkil olunan tədbirdə AVF-nin vitse-prezidenti Bəhruz Quliyev, baş katibi Faiq Orucov, hər üç federasiyasının əməkdaşları, eləcə də gənclərdən ibarət yığma komandalarımız iştirak ediblər.

Görüşdə AVF ilə Belçika və İspaniya voleybol federasiyaları arasında memorandumlar imzalanıb. Sənədləri federasiyaların prezidentləri imzalayıblar. Bu memorandumlarda klassik və çimərlik voleybolu istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər yer alıb.

Razılaşmaya əsasən Azərbaycanla Belçika və İspaniyanın klassik və çimərlik voleybolu üzrə komandalarının birgə təlim-məşq toplanışlarının təşkili, idmançı və məşqçilərin təcrübə mübadiləsi, müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Tədbirdə çıxış edən CEV rəhbəri imzalanan sənədlərin bu ölkələrin voleybolda qarşılıqlı əməkdaşlığı baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib. O, həmçinin Bakının ev sahibi olduğu qadın voleybolçular arasında Avropa çempionatının (C qrupu) yüksək səviyyədə təşkil olunduğunu deyib. R.Sikiriç bu qrupda qarşılaşmaların da maraqlı mübarizədə keçdiyini vurğulayıb, həmçinin ev sahibi Azərbaycanın çıxışını yüksək qiymətləndirib.

Görüş zamanı Azərbaycanda uşaq voleyboluna həsr olunmuş videoçarxda nümayiş etdirilib. Mövzu ilə bağlı danışan Ş.Bağırov ölkəmizdə uşaq və yeniyetmə voleybolçuların yetişdirilməsi, eləcə də bu idman növünün populyarlığının artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Belçika Voleybol Federasiyasının prezidenti Guy JUWET və İspaniya Voleybol Federasiyasının prezidenti PASCUAL BERNALDEZ Felipe çıxış edərək memorandumların əhəmiyyətindən danışıblar. Həmçinin Azərbaycanda keçirilən qitə birinciliyində təşkilatçılıq məsələlərini yüksək qiymətləndiriblər.

SON XƏBƏRLƏR

ASCO-nun quru yük daşımalarında əhəmiyyətli yüksəliş

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Sabah yağış yağacaq

İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

70-dən çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

BÜTÜN XƏBƏRLƏR