
Reklam
07 Oktyabr 2026, 13:01
3
Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR
Yeni qanunda əsas istiqamətlərdən biri torpaq və su ehtiyatlarıdır.
Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Aqrar sahə haqqında” qanun layihəsinə dair Milli Məclisdə keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
O bildirib ki, torpaq dövlət tərəfindən qorunan əsas istehsal vasitəsi kimi tanınır. Xırdalanmanı vahid əkin, konsolidasiya və kooperasiya yolu ilə azaltmaq nəzərdə tutulur:
"Yararlı torpaqların istifadəsiz saxlanılmasının və əkin yerlərinin yandırılmasının da qarşısı alınacaq. Su itkilərini azaldan suvarma sistemləri və bitki növləri üzrə suvarma normaları qanunun predmetinə daxildir. Aqrar qanunvericilikdə ilk dəfə iqlim dəyişikliklərinə adaptasiya tədbirləri ayrıca maddə ilə tənzimlənir".
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





