BAKU Azərbaycan
21.03 °C

“Norviç Siti” Ozan Kabakı transfer edib

İngiltərə Premyer Liqa klublarından “Norviç Siti” Türkiyə millisinin müdafiəçi Ozan Kabakı heyətinə qatıb.

GAZETTE xəbər verir ki, klubdan verilən məlumata görə, Kabakla sezon sonuna kimi müqavilə imzalanıb.

Almaniyanın “Şalke 04” klubundan icarəyə götürülən 21 türkiyəli futbolçu “Norviç Siti”nin heyətində 15 nömrəli forma altında çıxış edəcək.

Qeyd edək ki, ötən sezonun ikinci yarısında icarə əsasında “Liverpul”da çıxış edən Ozan Kabak klubun heyətində 13 matçda meydana çıxmışdı.