BAKU Azərbaycan
21.03 °C

Çempionlar Liqasında ötən mövsümün ən yaxşıları müəyyənləşib – SİYAHI

UEFA Çempionlar Liqasında ötən mövsümün ən yaxşı futbolçusu açıqlanıb.

GAZETTE xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təşkil olunan tədbirdə, bu ada İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Jorjinyo layiq görülüb.

Ötən mövsüm Çempionlar Liqasının qalibi olmuş italiyalı futbolçu komanda yoldaşı Nqolo Kanteni və “Mançester Siti”nin futbolçusu Kevin De Brüyneni qabaqlayıb.

Tədbirdə eyni zamanda turnirdə ötən mövsüm fərqlənmiş digər şəxslərin də adları açıqlanıb.

Beləliklə, 2020/21 futbol sezonda ÇL-da ən yaxşı məşqçi nominasiyasının qalibi Tomas Tuxel (“Çelsi”) olub.

Eduard Mendi (“Çelsi”) turnirin ən yaxşı qapıçısı, Ruben Dias (“Mançester Siti”) ən yaxşı müdafiəçisi, Nqolo Kante (“Çelsi”) ən yaxşı yarımmüdafiəçisi, Erlinq Haaland (“Borussia Dortmund”) isə ən yaxşı hücumçusu adına layiq görülüblər.