BAKU Azərbaycan
17.03 °C

“Neftçi” İsraildə “Makkabi”yə darmadağınla məğlub oldu

Bakının “Neftçi” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.

GAZETTE xəbər verir ki, İsrailin “Sammi Offer” stadionunda “Makkabi” (Hayfa) klubu ilə üz-üzə gələn son Azərbaycan çempionu rəqibinə böyük hesabla məğlub olub.

Samir Abasovun yetirmələri Bakıda keçirilən 3:3 hesablı matçın revanşında Hayfa təmsilçisinə 4:0 hesabı ilə uduzaraq Konfrans Liqasında mübarizəni dayandırıb.

Qarşılaşmada qolları Menaçem (20′), Atzili (45+2′), Haziza (53′-pen.), Abu Fani (69′) vurublar.