BAKU Azərbaycan
20.03 °C

UEFA Əliyar Ağayeva Konfrans Liqasında oyun həvalə edib

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

GAZETTE xəbər verir ki, o, UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Gent” (Belçika) – “Rakov” (Polşa) matçını idarə edəcək.

Ağayevə yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 26-da keçiriləcək “Gent” (Belçika) – “Rakov” qarşılaşması Bakı vaxtı ilə 22:00-da başlayacaq