BAKU Azərbaycan
22.03 °C

“Araz-Naxçıvan” qrup ikincisi olsa da əsas mərhələyə yüksəldi

“Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində üçüncü oyununu keçirib.

GAZETTE xəbər verir ki, Azərbaycan çempionu F qrupundakı sonuncu matçında Latviyanın “Raba” kollektivi ilə üz-üzə gəlib. Görüş “Araz-Naxçıvan”ın 8:4 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər matçında “Kampuksen Dinamo” (Finlandiya) “Europa” (Cəbəllütariq) klubunu 14:3 hesabı ilə məğlub edib.

Yekunda “Araz-Naxşıvan”la “Kampuksen Dinamo” 7 xal toplasa da, topların müsbət göstəricisinə görə Finlandiya çempionu qrupun lideri kimi, təmsilçimiz isə ən yaxşı ikinci yerin sahibi kimi Çempionlar Liqasında əsas mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, reqlamentə uyğun olaraq, ilkin mərhələdən 9 komanda – 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə yüksəlib.

Bu il oktyabrın 26-dan 31-dək keçiriləcək əsas mərhələnin püşkü avqustun 30-da atılacaq.