BAKU Azərbaycan
20.03 °C

“Araz-Naxçıvan” Çempionlar Liqasında növbəti görüşünə çıxacaq

Bu gün “Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasının ilkin mərhələsində ikinci görüşünü keçirəcək.

GAZETTE xəbər verir ki, Azərbaycan çempionu Latviyanın Salaspils şəhərində keçiriləcək oyunda Finlandiyanın “Kampuksen Dinamo” klubu ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Komandamız ilk oyununda Cəbəllütariqin “Europa” kollektivini 9:2 hesabı ilə məğlub edib.

Naxçıvan təmsilçisi qrupda sonuncu oyununu avqustun 24-də “Raba” (Latviya) klubuna qarşı keçirəcək.

Qeyd edək ki, ilkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Reqlamentə uyğun olaraq, 9 komanda – 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.