BAKU Azərbaycan
18.03 °C

APL-də 2-ci tura 2 oyunla start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək.

GAZETTE xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçı “Qəbələ” doğma divarlar arasında Bakının “Keşlə” klubunu qəbul edəcək. Rəşad Əhmədovun idarə edəcəyi görüş saat 18:00-da başlayacaq.

İndiyədək ölkə çempionatında 51 dəfə üz-üzə gələn kollektivlərin duelində meydan sahibləri 14, qonaqlar isə 19 qələbə qazanıb. 18 qarşılaşmada qalib müəyyənləşməyib. Topların fərqi də bakılıların xeyrinədir – 68-51.

Günün son görüşündə “Sumqayıt” “Sabah”la münasibətlərinə aydınlıq gətirəcək. Oyunun baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Qarşılaşma saat 20:00-da start götürəcək.

Bunadək keçirilən 11 oyunun 5-də meydan sahibləri, 4-də isə qonaqlar 3 xala sevinib. 2 görüş heç-heçə başa çatıb. “Sumqayıt”ın vurduğu 15 qola “Sabah” 12 topla cavab verib.

Azərbaycan Premyer Liqası. II tur

18:00. “Qəbələ” – “Keşlə”
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Tural Qurbanov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Qəbələ şəhər stadionu

20:00. “Sumqayıt” –”Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Kapital Bank Arena”

Qeyd edək ki, tura avqustun 22-də keçiriləcək “Zirə” – “Neftçi” və “Qarabağ” – “Səbail” matçları ilə yekun vurulacaq.