Neftçalada “Zəfər Günü”nə həsr olunan ağacəkmə aksiyası keçirilib

“8 Noyabr – Zəfər Günü”nün altıncı ildönümü ilə əlaqədar Neftçala rayonunda ağacəkməaksiyası keçirilib. Neftçala şəhərinin Heydər Əliyev prospekti və Bayraq Meydanında baş tutan ağacəkmə aksiyasında Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə və təşkilatların kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

“Masdar Azerbaijan” şirkətinin tərəfdaşlığı ilə baş tutan ağacəkmə aksiyası çərçivəsində Neftçala şəhərinin  5 min kvadrat metr ərazisində 2000 ədəd zeytun, 200 ədəd müxtəlif növ şam ağacı tingləri, 300 ədəd oleandr kolları olmaqla ümumilikdə 2500 ədəd ağac və kol əkilib, həmçinin əkilən bitkilərə müvafiq zəruri aqrotexniki qulluq göstərilib.

Ağacəkmə aksiyasının keçirilməsində əsas məqsəd rayonda yaşıllıq sahələrinin artırılması, ekoloji tarazlığın qorunması və ətraf mühitin mühafizəsinə töhfə vermək, atmosferin oksigenlə zənginləşdirilməsinə dəstək olmaq, həmçinin ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasının əhəmiyyətinə yönəltməkdir.

 

SON XƏBƏRLƏR

Daha iki təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya edilib

“ASAN xidmət” və BMT dövlət idarəçiliyində innovasiyalara xüsusi diqqət yetirir

Süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb

Neftçalada “Zəfər Günü”nə həsr olunan ağacəkmə aksiyası keçirilib

Baş Prokurorluqda Zəfər Günü münasibətilə tədbir keçirilib

Silsilə oğurluqlar edən şəxs saxlanılıb

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

Beynəlxalq sammitin iştirakçıları “ASAN xidmət”də

Zəfər Günü 4 şəhərdə yürüş olacaq

ETKİ rəhbərliyi Zəfər Günü münasibətilə ağacəkmə aksiyasında iştirak edib

6 Noyabr - Azərbaycan Televiziyası və Radiosu Günüdür

Azərbaycan Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Bakıda BMT sammiti çərçivəsində ikitərəfli görüşlər keçirilib

Bu gün Bakı Metropoliteni işçilərinin peşə bayramıdır

Gələn il hansı qurumlara subsidiya və dotasiya verilə bilər? – SİYAHI

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib

Qoşqar Təhməzli FAO nümayəndə heyəti ilə görüşüb

Ağdaşda ənənə və innovasiya bir araya gələcək - Heyva festivalına sayılı günlər qaldı

Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı

Ukraynadan idxal olunan yağ məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb

BÜTÜN XƏBƏRLƏR