Beynəlxalq sammitin iştirakçıları “ASAN xidmət”də

Bakıda keçirilən “Birləşmiş Millətlər Təşkilatının (BMT) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq tədbirin iştirakçıları “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar. 

 Qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış "ASAN xidmət"mərkəzləri, eləcə də burada tətbiq olunan innovativ həllər və dövlət xidmətlərinin göstərilməsi sahəsində əldə olunan nəticələr barədə ətraflı təqdimat edilib.

Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” proqramı çərçivəsində “Dünyanın ən qabaqcıl dövlət xidməti” nominasiyası üzrə xüsusi mükafata layiq görülməsi, o cümlədən “ASAN xidmət” modelinin 50-dən çox ölkə ilə paylaşıldığı diqqətə çatdırılıb.

Qonaqlar həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD” publik hüquqi şəxsin, Səyyar ASAN xidmətin, “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

Tədbirdə BMT-ə üzv ölkələrin nazirləri və yüksək səviyyəli rəsmiləri, beynəlxalq və regional təşkilatların rəhbər vəzifəli şəxsləri, inkişaf tərəfdaşları, eləcə də özəl sektorun və akademik dairələrin təmsilçiləri olmaqla 200-ə yaxın qonaq iştirak edir.

SON XƏBƏRLƏR

Daha iki təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya edilib

“ASAN xidmət” və BMT dövlət idarəçiliyində innovasiyalara xüsusi diqqət yetirir

Süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb

Neftçalada “Zəfər Günü”nə həsr olunan ağacəkmə aksiyası keçirilib

Baş Prokurorluqda Zəfər Günü münasibətilə tədbir keçirilib

Silsilə oğurluqlar edən şəxs saxlanılıb

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

Beynəlxalq sammitin iştirakçıları “ASAN xidmət”də

Zəfər Günü 4 şəhərdə yürüş olacaq

ETKİ rəhbərliyi Zəfər Günü münasibətilə ağacəkmə aksiyasında iştirak edib

6 Noyabr - Azərbaycan Televiziyası və Radiosu Günüdür

Azərbaycan Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Bakıda BMT sammiti çərçivəsində ikitərəfli görüşlər keçirilib

Bu gün Bakı Metropoliteni işçilərinin peşə bayramıdır

Gələn il hansı qurumlara subsidiya və dotasiya verilə bilər? – SİYAHI

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib

Qoşqar Təhməzli FAO nümayəndə heyəti ilə görüşüb

Ağdaşda ənənə və innovasiya bir araya gələcək - Heyva festivalına sayılı günlər qaldı

Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı

Ukraynadan idxal olunan yağ məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb

BÜTÜN XƏBƏRLƏR