Gömrükçülər 527 kiloqramdan artıq heroin aşkar edib

Gömrükçülər daha bir uğurlu əməliyyat nəticəsində 527 kiloqramdan artıq narkotik vasitə – heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısını alıblar.

Belə ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Latviyaya “kimyəvi maddə və quruducu qatqı” yükü aparan İran vətəndaşı Sıasatı Ashkan Bahmanın idarə etdiyi “Renault” markalı “JJ056WW/FF106T” dövlət nömrə nişanlı yük avtomobili saxlanılıb və gömrük nəzarətinə cəlb edilib.

Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verib və yük avtomobilində əsaslı yoxlama aparılıb.

Nəticədə, avtomobildə olan paletlərdəki 105 ədəd 10 litrlik metal qabların hər birinin içərisində 1 ədəd olmaqla, ümumilikdə 105 ədəd şəffaf paketə qablaşdırılmış maye halında, tünd qəhvəyi rəngli, spesifik qoxu ilə müşayiət olunan narkotik vasitə – heroin aşkar edilib. Baxış zamanı paketlər elektron tərəzidə çəkilib və təqribi çəkisinin 527 kq 600 qram olduğu müəyyənləşib.

Aparılan təhlillər onu göstərir ki, narkotik qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qruplar əvvəllər Azərbaycanın işğal altında olan nəzarətsiz torpaqlarından rahat şəkildə tranzit marşrut kimi istifadə edərək məqsədlərinə çatırdılar. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra “rahat marşrut”ları əldən çıxan cinayətkarlar öz çirkin əməllərini gerçəkləşdirmək üçün narkotikləri digər marşrutlardan – dövlət sərhədinin mühafizə olunan hissəsindəki gömrük-sərhəd buraxılış məntəqələrindən keçirməyə cəhd göstərirlər. Lakin gömrükçülərin sayıqlığı nəticəsində bu kimi cəhdlərin qarşısı qətiyyətlə alınır və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR