Onlayn kazino şəbəkəsinin rəhbəri Azərbaycana gətirildi - KMBİ-dən əməliyyat

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən internet informasiya resurslarından istifadə etməklə xaricdən idarə edilən onlayn qumar oyunlarının təşkili və əlaqəli qanunsuz əməllər törədən mütəşəkkil dəstənin üzvlərinin saxlanılması istiqamətində həyata keçirilən əməliyyat tədbirləri yekunlaşıb.

Gazette.aznazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, kiberpolisin Gürcüstan Respublikasında yerli hüquq-mühafizə orqanları ilə birgə keçirdiyi tədbirlərlə “chc.play” platformasına bağlı “Martin” kazino və digər adlar altında qanunsuz qumar oyunlarının təşkilində təqsirli bilinərək axtarışda olan cinayətkar qruplaşmanın rəhbəri Əliyev Anar İslam oğlu (“Anar007”) saxlanılaraq ölkəyə gətirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, A.Əliyev mütəşəkkil dəstə yaradaraq xarici ölkələrdə təşkil etdiyi qanunsuz mərc və kazino oyunlarına Azərbaycan vətəndaşlarından ibarət şəxsləri cəlb edib. O, həmin şəxsləri Tbilisi və digər şəhərlərdə icarəyə götürdüyü evlərə yerləşdirərək onlayn kazino və qumar oyunları təşkilini həyata keçirib.

Əməliyyatlar çərçivəsində A.Əliyevin yaratdığı dəstənin digər üzvləri - Əşrəf Həsənzadə, Seymur Nurullayev, Etibar Sultanov, Rəşad Rzazadə, Şərqin Əliyev və Əliyev Anar Surac oğlu da saxlanılaraq istintaqa cəlb edilib. Bu şəxslər onlayn kazino oyunlarının fəaliyyəti üçün dəstə başçısının tapşırıqlarına əsasən onu yerli mobil operatorlara məxsus nömrələr, bank kartları və digər texniki avadanlıqlarla təmin ediblər. Saxlanılan şəxslər həmçinin onlayn kazino oyunlarından əldə edilən pul vəsaitlərinin nağdlaşdıraraq kriptovalyuta şəklində A.Əliyevə məxsus hesablara köçürüblər. Qanunsuz yolla əldə olunmuş pul vəsaitlərinin bir hissəsinin isə daşınan və daşınmaz əmlakların alınması yolu ilə leqallaşdırılması istintaq zamanı sübuta yetirilib.

Saxlanılan zaman dəstə üzvlərindən çoxsaylı elektron daşıyıcılar, bank kartları və digər əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb.

Qeyd olunan şəxslərə Baş İdarədə ittiham elan edilib və onlar cinayət məsuliyyətinə cəlb olunublar.

Məhkəmənin qərarı ilə A.Əliyev və Ş.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. Göstərilən qanunazidd əməllərin törədilməsində iştirak edən digər şəxslərlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

“Sonda bir daha vətəndaşları qeyri-qanuni kazino və qumar oyunlarında iştirak etməməyə çağırırıq. Qeyd edək ki, qanunsuz kazino oyunlarının təşkili ilə yanaşı, həmin oyunlarda iştirak etmək də hüquqi məsuliyyət yaradır”, - nazirliyin müraciətində vurğulanıb.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR