Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

“Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında qanunda beynəlxalq praktikadan fərqli olaraq cinayətin iştirakçısı olmuş şəxslər tərəfindən bu korrupsiya cinayəti barədə məlumat verilməsi ilə bağlı məsələnin həlli tənzimlənmir.

Bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisdə “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsininin müzakirəsi zamanı deyib.

Deputat beynəlxalq praktikanın araşdırılmasına da diqqət çəkib: “Məsələn, ABŞ-də cinayətin iştirakçısı olmuş şəxs korrupsiya cinayəti haqqında məlumat verirsə, o halda həmin şəxsin həm müdafiəsi, həm də onun mükafatlandırılması məsələsi necə həll olunur? Yaxud şəxs hansı şərtlər altında korrupsiya cinayətləri haqqında məlumat verir? Bu məsələlərə də baxılmalıdır”.

Deputat onu da qeyd edib ki, ifşa olunmaq təhlükəsini hiss eləyib bu barədə məlumat verən şəxsin mükafatlandırılması fərqli olmalıdır. “Yəni korrupsiya faktı ilə bağlı hansı müddətdən sonra bu barədə məlumat verir. Bu, çox önəmli faktdır. Bunların hamısı həvəsləndirmə zamanı nəzərə alınmalıdır”, - o qeyd edib.

Deputat əlavə edib ki, məlumatı verən şəxs əgər öldürülərsə, bizdə cəmi 20 min manat kompensasiya ödənilməsi nəzərdə tutulur, lakin bu olduqca kiçik bir rəqəmdir: “Hesab edirəm ki, bu rəqəmi indiki şərait daxilində 150 min manat məbləğində nəzərdə tutulmalıdır.

Bir də ABŞ-də əgər şəxs hər hansı iri korrupsiya cinayətləri haqqında məlumat verirsə və o vəsait dövlətə qaytarılırsa, qaytarılan vəsaitin 10%-dən 30%-nə qədəri ödənilir. Amma bizdə bu 5% nəzərdə tutulur, hesab edirəm ki, bu da nəzərə alınmalıdır”. (Olke.az)

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR