BAKU Azərbaycan
12.03 °C

“Araz-Naxçıvan” II oyununda heç-heçə edib – Çempionlar Liqası

Futzal üzrə UEFA Çempionlar Liqasında mübarizə aparan “Araz Naxçıvan” turnirin qrup mərhələsində ikinci oyununu keçirib.

GAZETTE xəbər verir ki, ilk oyunda Cəbəllütariqin “Europa” komandasını 9:2 hesabı ilə məğlub edən təmsilçimiz avqustun 22-də Finlandiya “Kampuksen Dinamo” klubu ilə 4:4 hesablı heç-heçə edib.

İki oyundan sonra aktivində 4 xal olan komandamız F qrupunda top fərqinə görə ilk pillədə qərarlaşıb. 

Qeyd edək ki, “Araz-Naxçıvan” qrupun son oyununda avqustun 24-də Latviya təmsilçisi “Raba” komandası ilə üz-üzə gələcək.