
Microsoft yeni süni intellekt modellərini təqdim etdi
Microsoft proqramlaşdırma və kibertəhlükəsizlik sahələri üçün yeni süni intellekt modellərini təqdim edib.
Reuters-in məlumatına görə, şirkət San-Fransiskoda keçirilən Ignite konfransında yeni AI modellərindən ibarət dəstini açıqlayıb. Təqdim olunan modellər arasında proqramlaşdırma üçün MAI Code 2, həmçinin kibertəhlükəsizlik sahəsinə yönəlmiş model yer alır.
Microsoft bildirir ki, MAI Code 2 rəqiblərin oxşar modelləri ilə müqayisə olunan nəticələri daha aşağı xərclə təqdim etməyə imkan verir. Kibertəhlükəsizlik modeli isə ilkin mərhələdə məhdud sayda müştərinin istifadəsinə veriləcək.
Şirkət bununla yanaşı, görüntü yaratmaq və nitqin mətnə çevrilməsi üçün yeni AI modellərini də təqdim edib.
Microsoft-un süni intellekt üzrə rəhbəri Mustafa Süleyman şirkətin müxtəlif sahələr üzrə ixtisaslaşmış modellər hazırlamaq strategiyasının həm xərcləri azaltmağa, həm də məhsuldarlığı artırmağa imkan verdiyini bildirib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





