Ədliyyə nazirinin müavini videoqəbul keçirib

Ədliyyə Nazirliyi vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə mütəmadi olaraq videoqəbullar təşkil edir.

Noyabrın 27-də Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Sahib Rzayev tərəfindən Gəncə, Şirvan, Bərdə, Lənkəran, Şəki regional ədliyyə idarələri və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbul keçirilib.

Videoqəbulda penitensiar sahə ilə bağlı qəbulda iştirak etmək üçün müraciət edən 18 vətəndaşın müraciəti dinlənilib, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün [email protected] elektron poçt ünvanına və ya Nazirliyin regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər.

SON XƏBƏRLƏR

Microsoft yeni süni intellekt modellərini təqdim etdi

Prezidentdən Əhməd Vəliyevlə bağlı - SƏRƏNCAM

İlham Əliyev Əli Əsədova “Şərəf” ordeni verdi

İlham Əliyev Albaniya Prezidentini təbrik edib

Ədliyyə nazirinin müavini videoqəbul keçirib

Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq etdi

İslam Rzayevlə bağlı qərar verildi

Test ləğv oluna, yeni modelə keçilə bilər

Neftçalanın icra başçısı səyyar qəbul keçirib

Mincivan qəsəbəsində hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib

Slovakiyanın Baş prokuroru "ASAN xidmət"də

Xocalı və Ağdərə rayonlarına daha 170 nəfər qayıtdı

Cəmi 8 həftəyə bioloji yaşı 4,6 il cavanlaşdırmaq mümkündür?

İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib

"Temu" Avropa İttifaqında bunlardan imtina edəcək

Qaradağda 24 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Araşdırma, yoxsa informasiya kampaniyası?

ASAN könüllülərinin “InnoCamp 2” düşərgəsi başa çatıb

Azərbaycanda median sürətin artım tempi son illərin ən aşağı səviyyəsinə düşüb

BŞİH-nin müdaxiləsi ilə həmin tarixi qapı bərpa olundu

BÜTÜN XƏBƏRLƏR