Dövlət idarəçiliyində süni intellektin tətbiqi imkanlarına dair təlim keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) təşəbbüsü ilə Konstitusiya Məhkəməsinin əməkdaşları üçün təşkil olunan “Dövlət idarəçiliyində rəqəmsal transformasiya” təlim proqramı çərçivəsində növbəti sessiya keçirilib.

Proqramın üçüncü sessiyası “Dövlət idarəçiliyində süni intellekt əsaslı rəqəmsal transformasiya” mövzusuna həsr olunub. Təlimi DİA-nın “Dövlət idarəçiliyində informasiya texnologiyaları” kafedrasının müəllimi, “Yüksəliş” müsabiqəsinin qalibi, rəqəmsal transformasiya və süni intellekt üzrə ekspert Elnur Məmmədli aparıb.

Təlim zamanı süni intellekt texnologiyalarının dövlət idarəçiliyində, xüsusilə hüquqi və inzibati fəaliyyət sahələrində tətbiqi imkanları, ixtisaslaşdırılmış rəqəmsal köməkçilərin yaradılması, süni intellekt agentləri əsasında iş proseslərinin təşkili və mürəkkəb tapşırıqların avtomatlaşdırılması məsələləri nəzərdən keçirilib.

Praktiki nümunələr əsasında məhkəmə qərarlarının təhlili, konstitusion təfsir, hüquqi mövqelərin müqayisəsi, böyük həcmli sənədlərin araşdırılması, məhkəmə təcrübəsinin sistemləşdirilməsi və hüquqi rəylərin hazırlanmasında süni intellektdən istifadə imkanları nümayiş etdirilib. Həmçinin müxtəlif informasiya mənbələrinin vahid iş prosesində birləşdirilməsi, təkrarlanan tapşırıqların avtomatlaşdırılması və analitik fəaliyyətə sərf edilən vaxtın azaldılması üsulları təqdim olunub.

Sessiyada süni intellektin tətbiqi üç əsas istiqamətdə nəzərdən keçirilib: fərdi əmək məhsuldarlığının artırılması, struktur bölmələrinin fəaliyyətinin optimallaşdırılması və təşkilati idarəetmə modelinin transformasiyası.

Bununla yanaşı, süni intellekt texnologiyalarından istifadə zamanı məlumatların məxfiliyinin qorunması, informasiya təhlükəsizliyi, alqoritmik risklərin idarə edilməsi və hüquqi məsuliyyət məsələlərinə xüsusi diqqət yetirilib. Vurğulanıb ki, süni intellekt hüquqi təhlil və qərarların hazırlanması prosesində mühüm dəstək vasitəsi olsa da, hakimin müstəqil hüquqi qiymətləndirməsini və qərarvermə məsuliyyətini əvəz etmir.

Təlim dövlət və məhkəmə idarəçiliyində süni intellekt texnologiyalarından səmərəli və təhlükəsiz istifadə, rəqəmsal alətlərin tətbiqi və iş proseslərinin optimallaşdırılması istiqamətində iştirakçıların praktiki bilik və bacarıqlarının inkişafına xidmət edib.

Qeyd edək ki, həftədə iki dəfə əyani formada keçirilən “Dövlət idarəçiliyində rəqəmsal transformasiya” təlim proqramı dekabrın 8-dək davam edəcək. Proqramı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.

SON XƏBƏRLƏR

Dövlət idarəçiliyində süni intellektin tətbiqi imkanlarına dair təlim keçirilib

Alimlərdən xəbərdarlıq: 2-ci tip diabet Altsheymer riskini 53 faiz artırır

Bakıda İkinci Süni İntellekt Sammiti işə başlayıb

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı

MİDA güzəştli mənzilləri satışa çıxarır - Qiymətlər açıqlandı

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14,9 faiz artıb

Səhiyyə Nazirliyi qəzalı xəstəxana ilə bağlı AÇIQLAMA YAYDI

Lənkəranda məişət zəmnində zəhərlənmə hadisəsi baş verib

Prezident Dublində Moldova Prezidenti ilə görüşüb

Ulu Öndər Heydər Əliyev siyasi irsi və Azərbaycan Konstitusiyasının tarixi missiyası

Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi

Dövlət büdcəsinin 10 aylıq gəlirləri 33 milyard manatı ötüb

Niyazi Bayramov növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib

Öhdəlik daşıyan şəxslər üçün təlim keçirilib

Prezident İlham Əliyevin Xankəndi müraciəti: Zəfərdən yeni strateji hədəflərə - TƏHLİL

Bakı Dəniz Limanında konteyner aşırmaları 31 faiz artıb

Gəncədə daha bir neçə qanunsuz tikintinin qarşısı alınıb

Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub

BÜTÜN XƏBƏRLƏR