Yeni fişinq kampaniyası aşkarlanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) süni intellekt xidmətlərinin adından istifadə etməklə istifadəçilərin hesab məlumatlarını ələ keçirməyə yönəlmiş yeni fişinq kampaniyası barədə xəbərdarlıq edib.

Agentlik bəyan edib ki, kampaniya çərçivəsində ChatGPT, Gemini, Claude, Perplexity, Meta Muse və Manus kimi tanınmış süni intellekt xidmətlərinin adından saxta reklam portalları yaradılıb.

Həmin portallar istifadəçilərə reklam kampaniyalarının idarə edilməsi, reklam xərclərinin təhlili və biznes hesablarının xidmətlərə qoşulması kimi imkanlar təklif edir.

Əslində isə bu saytların əsas məqsədi istifadəçilərin giriş məlumatlarını və birdəfəlik təsdiq kodlarını ələ keçirməkdir. Hücum zamanı istifadəçilərə həqiqi giriş pəncərələrinə bənzəyən saxta interfeyslər təqdim olunur. Bu interfeyslər ayrıca brauzer pəncərəsi deyil, veb-səhifənin daxilində yaradılmış vizual elementlərdir. İstifadəçi həmin pəncərəyə istifadəçi adını və parolunu daxil etdikdə məlumatlar hücumçulara ötürülür. Daha sonra birdəfəlik təsdiq kodu tələb edilərək hesaba giriş imkanının əldə olunmasına cəhd göstərilir. Beləliklə, çoxfaktorlu autentifikasiyadan istifadə edilməsi belə, istifadəçinin aldadıldığı hallarda hesabın ələ keçirilməsinin qarşısını tam almaya bilər.

Araşdırma zamanı kampaniyanın reklam hesablarının idarəçiləri, media alıcıları və reklam agentliklərinin əməkdaşları kimi konkret peşə qruplarını hədəf aldığı müəyyənləşib. Bu hesabların ələ keçirilməsi maliyyə itkilərinə, icazəsiz reklamların yayımlanmasına və hesabların qanuni sahibləri üçün idarəetmə imkanlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Tədqiqatçılar eyni infrastrukturdan istifadə edən digər fişinq istiqamətlərini də müəyyənləşdiriblər. Bunlara Google Ads adından vəsaitin geri qaytarılmasını vəd edən saxta saytlar, eləcə də müxtəlif şirkətlərin adından yaradılmış saxta işə qəbul səhifələri daxildir. Müşahidələr kampaniyanın yayılmasında ödənişli internet reklamlarından da istifadə olunduğunu göstərir.

MKA istifadəçiləri aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb:

- Süni intellekt xidmətlərini və digər rəqəmsal alətləri biznes hesablarına yalnız rəsmi saytlar və etibarlı inteqrasiya kanalları vasitəsilə qoşun.

- Giriş pəncərəsinin daxilində göstərilən ünvana deyil, brauzerin öz ünvan sətrinə diqqət yetirin.

- Şübhəli məktublardakı keçidlərə daxil olmayın və tanınmış şirkətlərin adından göndərilən dəvətləri yoxlamadan qəbul etməyin.

- Birdəfəlik təsdiq kodlarını yalnız özünüz başladığınız giriş əməliyyatı zamanı daxil edin və heç kimlə paylaşmayın.

"Bununla yanaşı, əgər giriş məlumatlarınızın fişinq səhifəsinə daxil edildiyindən şübhələnirsinizsə, dərhal parolunuzu dəyişin, aktiv sessiyaları dayandırın və hesabın administrator siyahısını yoxlayın. Həmçinin hesabdakı icazələri, ödəniş məlumatlarını və son əməliyyatları nəzərdən keçirin", - deyə müraciətdə qeyd olunub.

SON XƏBƏRLƏR

Yeni fişinq kampaniyası aşkarlanıb

Bakı metrosu gücləndirilmiş iş rejiminə keçib

Ayda ərzağa bu qədər pul xərcləyirik - RƏQƏMLƏR

Məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib

Azərbaycan-Laos biznes-forumu keçiriləcək - Prezident açıqladı

Ombudsman Aparatında görüş keçirilib

AQTA-da tələbələr istehsalat təcrübəsi keçib

“Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb”

Payızın ən faydalı meyvəsidir

Şirniyyatdan kökələnlər oxusun

ATU əməkdaşlarının layihəsi “Əsas Qrant Müsabiqəsi – 2026”-nın qalibi olub

Zaur Mikayılov səfirlə görüşdü

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi keçirilib

ETSN-də qanvermə aksiyası keçirilib

Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması

“Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

BÜTÜN XƏBƏRLƏR