Xidmətlər Zərfinə arterial hipertenziya ilə bağlı dərman təminatı da daxil ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinin əhatə etdiyi tibbi xidmətlərin çeşidinin genişləndirilməsi tədbirlərini davam etdirir.

Qurum arterial hipertenziyanın müalicəsində istifadə olunan dərman vasitələrinin də 2027-ci ildə resept əsasında icbari tibbi sığorta təminatına daxil edilməsini planlaşdırır. Nazirlik tərəfindən koxlear implantasiya əməliyyatı keçirmiş şəxslər üçün nitq prosessorunun yenilənməsi, əvəzlənməsi və tənzimlənməsi üzrə üç yeni tibbi xidmət də Xidmətlər Zərfinə daxil edilib.

Qeyd edilən xidmətlərdən əməliyyatı icbari tibbi sığorta hesabına həyata keçirilməyən sığortaolunanların da yararlanması üçün imkanlar yaradılıb. İcbari tibbi sığortanın tətbiqinə başlanarkən Zərfə 1829 tibbi xidmət daxil idisə, hazırda bu göstərici 3318-dir və icbari tibbi sığortanın təminat verdiyi xidmətlərin sırası ixtisaslaşdırılmış ambulator, laborator, invaziv radioloji və stasionar xidmətlərlə genişləndirilib. Əhalinin artan tələbatı nəzərə alınaraq koxlear implantasiya və oynaqdaxili endoprotezləşdirmə əməliyyatları üzrə illik sığorta limiti ləğv edilib, sümük iliyi transplantasiyası üzrə illik limit isə 2,5 dəfə artırılaraq 20-dən 50-yə çatdırılıb. Habelə Xidmətlər Zərfində təxminən 1500 tibbi xidmətin tarifi aktual bazar qiymətlərinə uyğunlaşdırılıb.

SON XƏBƏRLƏR

Vergi Xidmətindən getdi, "AZCON Holding"də vəzifəyə təyin edildi

Azərbaycanda İslam bankçılığına olan tələbat ölçülüb

Bu qidalar insult və unutqanlıq yaradır

Sabah bütün sosial ödənişlər yekunlaşdırılacaq

Çap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur?

Xidmətlər Zərfinə arterial hipertenziya ilə bağlı dərman təminatı da daxil ediləcək

Tələbə Elmi Cəmiyyətinə sədr seçilib

Şəkinin turizm imkanları mediatur çərçivəsində təqdim olunub

Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi Layihəsi təqdim olunub

İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzalayıb

Yardımlıya icra başçısı təyin olundu - Sərəncam

Qubada iki bələdiyyənin adı dəyişdirildi

Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi

Bakıda Yaşıl Enerji Dəhlizinə həsr olunmuş ilk beynəlxalq forum keçirilir

Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir

Neftçalada pambıq yığımı mövsümündə yüksək məhsuldarlıq gözlənilir

Leyla Əliyeva Əminə Ərdoğanla bir arada

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılır

“AzerGold” Özbəkistanda fəaliyyətə başlayır

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxslər” siyahısına salındı - Adlar

BÜTÜN XƏBƏRLƏR