“AzerGold” Özbəkistanda fəaliyyətə başlayır

“AzerGold” QSC-nin xarici ölkədə ilk törəmə şirkəti “AzerGold Uzbekistan” Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb.

İki ölkə arasında dağ-mədən sənayesi və geoloji kəşfiyyat sahələrində strateji əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək yeni şirkətin əsas fəaliyyət istiqaməti Özbəkistanın Qaşqadərya vilayətində yerləşən “Akba” qızıl yatağının geoloji kəşfiyyatı, mineral ehtiyatlarının qiymətləndirilməsi və gələcək istismar imkanlarının müəyyənləşdirilməsi üzrə layihənin həyata keçirilməsidir.

Hazırda “Akba” qızıl yatağında geoloji kəşfiyyat işlərinin aparılması üçün zəruri icazələrin alınması üzrə prosedurlar həyata keçirilir. Özbəkistan hökumətinin müvafiq qərarı əsasında lisenziya əldə edildikdən sonra 18 ay davam etməsi nəzərdə tutulan geoloji kəşfiyyat işlərinə başlanılacaq.

Bu müddət ərzində yataq üzrə mövcud geoloji məlumatların təhlili, əlavə geoloji kəşfiyyat işlərinin aparılması, mineral ehtiyatların beynəlxalq “Joint Ore Reserves Committee” (JORC) standartlarına uyğun qiymətləndirilməsi, metallurgiya sınaqlarının keçirilməsi, ətraf mühitə təsirin qiymətləndirilməsi, eləcə də mümkün hasilat və emal texnologiyalarının araşdırılması nəzərdə tutulur. Yatağın sənaye miqyasında işlənməsinin texniki və iqtisadi baxımdan məqsədəuyğunluğunu qiymətləndirmək üçün yekun texniki-iqtisadi əsaslandırma hazırlanacaq. Nəticələrə uyğun olaraq, qızıl yatağının gələcək istismarına dair investisiya təklifi hazırlanaraq Özbəkistanın aidiyyəti dövlət qurumlarına təqdim ediləcək.

Xatırladaq ki, cari ilin 17 iyun tarixində “AzerGold” QSC ilə Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiya Nazirliyi arasında Qaşqadərya vilayətində yerləşən “Akba” qızıl yatağının birgə inkişafına dair çərçivə müqaviləsi imzalanıb. Sənəd iki ölkə arasında dağ-mədən sahəsində əməkdaşlığın genişləndirilməsi və yatağın potensialının qiymətləndirilməsi üçün hüquqi zəmin yaradıb.

Qeyd edək ki, “AzerGold” QSC-nin Özbəkistanda həyata keçirməyi planlaşdırdığı digər mühüm istiqamət ölkənin perspektivli mineral ehtiyatlarının birgə geoloji kəşfiyyatıdır. Bu məqsədlə 17 iyul 2026-cı il tarixində “AzerGold” QSC, “Uzbekgeologorazvedka” Səhmdar Cəmiyyəti və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti arasında üçtərəfli əməkdaşlığın əsas şərtlərini müəyyən edən sənəd imzalanıb.

Layihə çərçivəsində Özbəkistanın Nəvai və Nurata şəhərləri arasında yerləşən perspektivli sahələrdə geoloji kəşfiyyat işlərinin aparılması məqsədilə birgə müəssisənin yaradılması nəzərdə tutulur. Hazırda müəssisənin təsis sənədlərinin razılaşdırılması və zəruri dövlət icazələrinin alınması istiqamətində müvafiq işlər davam etdirilir. Birgə müəssisə yaradıldıqdan sonra perspektivli sahələrdə geoloji tədqiqatların və kəşfiyyat işlərinin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. Layihə üzrə ilkin ikiillik dövrü əhatə edən geoloji kəşfiyyat və maliyyələşmə planı hazırlanıb. Tədqiqatların nəticəsində iqtisadi cəhətdən istismara yararlı mineral ehtiyatlar müəyyən edilərsə, tərəflər həmin yataqların birgə işlənməsi və müvafiq investisiya layihələrinin həyata keçirilməsi imkanlarına baxacaq. Bununla yanaşı, hazırda tərəflər arasında Azərbaycan və Özbəkistan ərazilərində yerləşən, qarşılıqlı maraq doğuran digər mineral yataqlarının birgə geoloji kəşfiyyatı və işlənməsi imkanları da müzakirə olunur.

“AzerGold” QSC-nin Özbəkistanda fəaliyyətə başlaması Azərbaycanın dağ-mədən sahəsində qazandığı institusional və texniki təcrübənin beynəlxalq əməkdaşlıq çərçivəsində tətbiqi baxımından mühüm addımdır. Həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər ölkələr arasında iqtisadi tərəfdaşlığın daha da möhkəmləndirilməsinə, dağ-mədən sənayesi sahəsində bilik və təcrübə mübadiləsinin genişləndirilməsinə, eləcə də “AzerGold” QSC-nin beynəlxalq fəaliyyətinin yeni mərhələyə yüksəlməsinə töhfə verəcək.

SON XƏBƏRLƏR

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılır

“AzerGold” Özbəkistanda fəaliyyətə başlayır

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxslər” siyahısına salındı - Adlar

Azərbaycanda 373 vergi cinayəti ilə bağlı iş açılıb

ASAN İnnovativ İnkişaf Mərkəzinin 5 illik yubiley tədbiri keçirilib

Bakıda yeni mikrorayon salınacaq

Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib

Çox yaşamaq istəyirsinizsə, bu qidalardan uzaq olun

Mərkəzi Bank yeni məzənnələri açıqladı

Xaçmazda fındıq bağlarını dövlət dəstəyi ilə sığortalamaq mümkündür

DVX rəqəmsallaşma və süni intellekt vasitəsilə vergi nəzarətini gücləndirir

Neftçala rayonunda Energetika Günü qeyd edilib

Azərbaycan XİN-dən Fransaya səyahət barədə XƏBƏRDARLIQ!

Məktəbdənkənar fəaliyyətə dair təlim keçirilib

Dövlət Neft Fondunun aktivləri 125,8 milyard manata çatıb

Səhiyyədə yeni idarəetmə modeli xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılmasına yönəlib

Neftçalada YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müşavirə keçirilib

Qarabağ Milli Parkı yaradılır - Sərəncam

Bakıda III İslam Maliyyə Forumu keçiriləcək

Prezidentdən Qarabağla bağlı SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR