Tələbə Elmi Cəmiyyətinə sədr seçilib

Azərbaycan Tibb Universitetinin (ATU) II Müalicə-profilaktika fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) sədr seçkisi keçirilib.

Tədbirdə çıxış edən ATU-nun Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, dosent Nərgiz Məmmədova tələbələrin elmi fəaliyyətə cəlb olunmasında TEC-in mühüm rolunu vurğulayıb. O, sədr seçkisinin yalnız təşkilati xarakter daşımadığını, eyni zamanda tələbələrin gələcək elmi fəaliyyətinə istiqamət verəcək liderin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli çıxışında tələbələrin elmi-tədqiqat fəaliyyətinin inkişaf etdirilməsinin, onların elmi potensialının üzə çıxarılmasının və təşəbbüskarlığının dəstəklənməsinin vacibliyini qeyd edib O, fakültədə Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin daha da genişləndirilməsinin, tələbələr tərəfindən aktual mövzularda maraqlı və yüksək səviyyəli elmi-tədqiqat işlərinin hazırlanmasının əhəmiyyətini vurğulayıb. Dekan tələbələri seçki prosesində fəal iştirak etməyə, məsuliyyətli və düzgün seçim etməyə çağıraraq gələcək sədrə uğurlar arzulayıb. 

Fakültənin Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, Normal fiziologiya kafedrasının dosenti Aqil Əliyev çıxışında TEC-də fəaliyyətin tələbələrdən yüksək məsuliyyət, təşəbbüskarlıq, təşkilatçılıq bacarığı və fədakarlıq tələb etdiyini bildirib.

ATU-nun Tələbə Elmi Cəmiyyətinin sədri Nigar Babayeva isə TEC-in  fəaliyyəti, həyata keçirilən elmi və maarifləndirici tədbirlər, tələbələrin elmi konfranslara və müxtəlif tədqiqat layihələrinə cəlb olunması istiqamətində görülən işlər barədə məlumat verib.

Daha sonra sədrliyə namizədlər – Şəhriyar İsmayılzadə və Aslan Ələkbərov öz seçki platformalarını təqdim etdiblər.

Çıxışlardan sonra keçirilən səsvermənin nəticələrinə əsasən, IV kurs tələbəsi Şəhriyar İsmayılzadə ATU-nun II Müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri seçilib.

Tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunması, bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də elmi təşəbbüslərinin dəstəklənməsi Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərindən DİM 4 – Keyfiyyətli təhsil məqsədinin həyata keçirilməsinə töhfə verir. TEC-in fəaliyyətinin genişləndirilməsi tələbələr üçün elmi inkişaf imkanlarının artırılmasına və universitetdə tədqiqat mühitinin gücləndirilməsinə xidmət edir.

SON XƏBƏRLƏR

Çap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur?

Xidmətlər Zərfinə arterial hipertenziya ilə bağlı dərman təminatı da daxil ediləcək

Tələbə Elmi Cəmiyyətinə sədr seçilib

Şəkinin turizm imkanları mediatur çərçivəsində təqdim olunub

Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi Layihəsi təqdim olunub

İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzalayıb

Yardımlıya icra başçısı təyin olundu - Sərəncam

Qubada iki bələdiyyənin adı dəyişdirildi

Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi

Bakıda Yaşıl Enerji Dəhlizinə həsr olunmuş ilk beynəlxalq forum keçirilir

Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir

Neftçalada pambıq yığımı mövsümündə yüksək məhsuldarlıq gözlənilir

Leyla Əliyeva Əminə Ərdoğanla bir arada

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılır

“AzerGold” Özbəkistanda fəaliyyətə başlayır

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxslər” siyahısına salındı - Adlar

Azərbaycanda 373 vergi cinayəti ilə bağlı iş açılıb

ASAN İnnovativ İnkişaf Mərkəzinin 5 illik yubiley tədbiri keçirilib

Bakıda yeni mikrorayon salınacaq

Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib

BÜTÜN XƏBƏRLƏR