Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsini təsdiqləyib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Qanunu təsdiqləyib.

Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Məcəllə Ümumi və Xüsusi hissələrdən ibarət olmaqla, 5 bölmə, 15 fəsil və 94 maddəni özündə birləşdirir. Məcəllə dövlət qulluğunun idarə olunmasını, prinsiplərini, dövlət orqanlarının və dövlət qulluğu vəzifələrinin təsnifatını, dövlət qulluqçularının hüquq və vəzifələrini, qulluq stajını və ixtisas dərəcələrini əhatə edir. Həmçinin dövlət qulluğuna qəbul, müsabiqə və müsahibə, vəzifəyə təyinat, stajorluq və sınaq müddəti, rotasiya, xidməti fəaliyyətin və səriştələrin qiymətləndirilməsi, vəzifədə irəliləyiş, əlavə təhsil və peşəkar inkişaf, əməkhaqqı və digər təminatlar, məzuniyyət, etik davranış qaydaları, intizam məsuliyyəti və dövlət qulluğuna xitam verilməsi ilə bağlı məsələlər tənzimlənir.

Beləliklə, Məcəllə ilə dövlət qulluğu sahəsində qüvvədə olan bir sıra müddəalar sistemləşdirilərək vahid normativ aktda birləşdirilir.

Qanuna əsasən, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir.

Məcəllənin qüvvəyə minməsi ilə "Dövlət qulluğu haqqında" Qanun, "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında", "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında", "Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında", "Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında dövlət qulluqçularının vəzifə maaşları üçün artıq əmsalın müəyyən edilməsi haqqında" və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunların qüvvədən düşür.

Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsi qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən və etibarlılıq müddəti başa çatmamış “Dövlət qulluğu sertifikatı”na malik olan şəxslər həmin sertifikatın qüvvədə olma müddəti ərzində bu Məcəlləyə uyğun olaraq müsahibələrdə iştirak etmək hüququna malikdirlər.

SON XƏBƏRLƏR

Məşhur aparıcı “Xəzər TV”dən ayrıldı

Kart məlumatlarımız oğurlana bilər - Avtobuslarla bağlı təhlükə

Aysun İsmayılova xəstəliyə tutuldu

Sabah da güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirilib

Hərbi qulluqçumuz İtaliyada NATO kursunu müvəffəqiyyətlə başa vurub

Neçə Milli Qəhrəmanımız sağdır? – SİYAHI

Prezident “Yüksəliş” üçün 1 milyon manat ayırdı

Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsini təsdiqləyib

Prezident Əmək Məcəlləsində dəyişiklikləri təsdiqləyib

Sahibə Qafarova: Əhalinin gəlirlərinin artırılması üçün tədbirlər görülür

Azərbaycanda 140 nəfər enerji idarəçisi olmaq hüququ qazanıb

İnnovativ suvarma layihələri təqdim edilib

Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlərin sayı açıqlanıb

Azərbaycan Tibb Universitetində beynəlxalq endouroloji konqres keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib

Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər

Nəyi xatırlayacağımıza beynimiz necə qərar verir?

Vüqar Orucun uğur yolu Türkiyə mediasında

BÜTÜN XƏBƏRLƏR