Azərbaycanda 140 nəfər enerji idarəçisi olmaq hüququ qazanıb

Azərbaycanda enerji resurslarından səmərəli istifadənin təşviqi məqsədilə enerji idarəçiləri institutunun formalaşdırılması istiqamətində tədbirlər davam etdirilir. İndiyədək ölkə üzrə 140 nəfər attestasiyadan uğurla keçərək enerji idarəçisi olmaq hüququ qazanıb.

Energetika Nazirliyindən Gazette.az-a bildirilib ki, enerji idarəçisi müəssisələrdə və qeyri-yaşayış binalarında enerji istehlakının mütəmadi izlənilməsi, enerji itkilərinin və qənaət imkanlarının müəyyənləşdirilməsi, eləcə də enerji səmərəliliyinin artırılması üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsində mühüm rol oynayır. Onun fəaliyyəti səmərəsiz istehlakın qarşısının alınmasına və enerji xərclərinin azaldılmasına xidmət edir.

Enerji idarəçiliyi müəssisələr üçün həm qanunvericilikdən irəli gələn öhdəlik, həm də iqtisadi səmərəliliyin artırılmasına imkan yaradan idarəetmə mexanizmidir. Enerji istehlakının sistemli təhlili əsasında itkilərin mənbələrinin müəyyənləşdirilməsi və müvafiq texniki-təşkilati tədbirlərin həyata keçirilməsi müəssisələrin rəqabət qabiliyyətinin yüksəldilməsinə töhfə verir.

Qanunvericiliyə əsasən, illik enerji istehlakı 1000 ton neft ekvivalentindən çox olan təsərrüfat subyektlərində, habelə tikinti sahəsi ən azı 10 min kvadratmetr və ya illik enerji istehlakı 250 ton neft ekvivalentindən çox olan qeyri-yaşayış binalarında enerji idarəçisinin təyin edilməsi məcburidir. Enerji idarəçisinin təyin edilməsi təsərrüfat subyektinin rəhbəri və ya qeyri-yaşayış binasının mülkiyyətçisi tərəfindən yaradılan beş nəfərdən ibarət Attestasiya Komissiyası vasitəsilə həyata keçirilir. Komissiyanın üzvlərindən biri Energetika Nazirliyinin nümayəndəsi olur. Nazirliyin nümayəndəsinin müəyyənləşdirilməsi üçün müraciətlər Enerji Effektivliyi İnformasiya Sistemi (EEİS) vasitəsilə təqdim edilir.

Qeyd edək ki, enerji idarəçisinin təyin edilməməsinə görə qanunvericilikdə inzibati məsuliyyət nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinin 279.0.3-cü maddəsinə əsasən, bu tələbin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 2500 manatdan 3000 manatadək məbləğdə cərimə edilir.

Energetika Nazirliyi enerji idarəçisinin təyin edilməsinə yalnız qanunvericilik tələbinin yerinə yetirilməsi kimi deyil, enerji istehlakının optimallaşdırılması, qənaət imkanlarının reallaşdırılması və xərclərin azaldılması baxımından da yanaşılmasını tövsiyə edir. Nazirlik qanunvericilikdə müəyyən edilmiş meyarlara uyğun gələn, lakin hələ də enerji idarəçisi təyin etməyən təsərrüfat subyektlərinin rəhbərlərini və qeyri-yaşayış binalarının mülkiyyətçilərini bu istiqamətdə zəruri tədbirlərin görülməsini sürətləndirməyə çağırır.

Xatırladaq ki, enerji idarəçilərinin təyin edilməsi və attestasiyadan keçirilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 8 dekabr 2022-ci il tarixli 436 nömrəli Qərarı ilə təsdiq edilmiş “Enerji idarəçisinə (menecerinə) dair tələblər, habelə onların attestasiyadan keçirilməsi Qaydası” ilə tənzimlənir.

SON XƏBƏRLƏR

Məşhur aparıcı “Xəzər TV”dən ayrıldı

Kart məlumatlarımız oğurlana bilər - Avtobuslarla bağlı təhlükə

Aysun İsmayılova xəstəliyə tutuldu

Sabah da güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirilib

Hərbi qulluqçumuz İtaliyada NATO kursunu müvəffəqiyyətlə başa vurub

Neçə Milli Qəhrəmanımız sağdır? – SİYAHI

Prezident “Yüksəliş” üçün 1 milyon manat ayırdı

Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsini təsdiqləyib

Prezident Əmək Məcəlləsində dəyişiklikləri təsdiqləyib

Sahibə Qafarova: Əhalinin gəlirlərinin artırılması üçün tədbirlər görülür

Azərbaycanda 140 nəfər enerji idarəçisi olmaq hüququ qazanıb

İnnovativ suvarma layihələri təqdim edilib

Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlərin sayı açıqlanıb

Azərbaycan Tibb Universitetində beynəlxalq endouroloji konqres keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib

Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər

Nəyi xatırlayacağımıza beynimiz necə qərar verir?

Vüqar Orucun uğur yolu Türkiyə mediasında

BÜTÜN XƏBƏRLƏR