Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərinin Baş prokuroru Martin Lopes Savaleta ilə ikitərəfli görüşlər keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Gazette.az-a verilən məlumata görə, Federal Baş prokuror Eduardo Kasal ilə keçirilmiş görüş zamanı Kamran Əliyev Azərbaycan ilə Argentina arasında qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əsaslanan münasibətlərin inkişafına ölkəmizin xüsusi önəm verdiyini bildirib.

Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və çoxşaxəli xarici siyasət kursunda Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, ölkəmizin tərəfdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsi, müxtəlif regionlarla siyasi, iqtisadi və hüquqi əlaqələrin dərinləşməsi, eləcə də dövlətlər və xalqlar arasında qarşılıqlı etimada və faydalı əməkdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsi mühüm prioritetlərdəndir. Bu baxımdan, Latın Amerikası ölkələri, o cümlədən Argentina ilə əməkdaşlığın genişləndirilməsi əhəmiyyət kəsb edir.

Baş prokuror ölkəmizdə korrupsiyaya və transmilli cinayətkarlığın digər formalarına qarşı mübarizənin gücləndirilməsi və bu çərçivədə prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə həmkarına geniş məlumat verib.

İkitərəfli görüşdə cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımın səmərəliliyinin artırılması, hüquqi yardım sorğularının operativ icrası, sübutların əldə edilməsi, cinayət törətmiş şəxslərin ekstradisiyası ilə bağlı səlahiyyətli orqanlar arasında əlaqələndirmə və beynəlxalq hüquqi əməkdaşlığın digər aktual məsələləri müzakirə olunub.

Tərəflər habelə, cinayət təqibindən kənar icraat sahəsində təcrübə mübadiləsi, korrupsiya, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və müasir cinayətkarlığın digər təzahürlərinə qarşı birgə mübarizənin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Bu kontekstdə qarşılıqlı hüquqi yardımın səmərəliliyinin artırılması və transmilli cinayətkarlıqla mübarizədə səylərin əlaqələndirilməsi baxımından Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) kimi nüfuzlu təşkilatların rolu xüsusi vurğulanıb. Həmçinin Argentina Baş prokurorunun prezidenti olduğu İbero-Amerika Prokurorlar Assosiasiyası çərçivəsində əməkdaşlığa dair müzakirələr aparılıb.

Həmin gün Buenos-Ayres Muxtar Şəhərinin Baş prokuroru Martin Lopes Savaleta ilə keçirilmiş ikitərəfli görüşdə Kamran Əliyev iki qurum arasında formalaşmış əməkdaşlıq əlaqələrini məmnunluqla xatırladaraq, 2019-cu il sentyabrın 18-də Buenos-Ayres şəhərində korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə sahəsində əməkdaşlığa dair sənədin imzalanmasının qarşılıqlı münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Eləcə də, 2023-cü il martın 23-də Yunanıstanın Afina şəhərində Azərbaycan Baş Prokurorluğu ilə Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu Xidməti arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumunun mövcud tərəfdaşlığın hüquqi əsaslarını daha da möhkəmləndirdiyi qeyd olunub.

Həmçinin hər iki görüşdə iki ölkənin prokurorluq orqanları arasında birbaşa peşəkar əlaqələrin daha da inkişaf etdirilməsi, qarşılıqlı ekspert səfərləri, birgə təlimlərin təşkili və cinayət işlərinin istintaqında qabaqcıl təcrübənin öyrənilməsinin əhəmiyyəti vurğulanıb.

Bununla yanaşı, beynəlxalq və regional təşkilatlar, o cümlədən BPA çərçivəsində əməkdaşlığın davam etdirilməsinə dair məsələlər də görüşlərin müzakirə predmetini təşkil edib.

Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşlərdə Azərbaycanın Argentinadakı fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov da iştirak edib.

SON XƏBƏRLƏR

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib

Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər

Nəyi xatırlayacağımıza beynimiz necə qərar verir?

Vüqar Orucun uğur yolu Türkiyə mediasında

Qarabağ təbiətinin şəfa mənbəyi: 550-yə yaxın dərman bitkisi tədqiq edilib

Baş prokuror vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycan kikboksçusu 13-cü dəfə Avropa çempionu olub

Azərbaycan və Dünya Bankı dayanıqlı maliyyənin təşviqini müzakirə edib

Media və Yayım Şurası açıqlama yayıb

Dövlət idarəçiliyində süni intellektin tətbiqi imkanlarına dair təlim keçirilib

Alimlərdən xəbərdarlıq: 2-ci tip diabet Altsheymer riskini 53 faiz artırır

Bakıda İkinci Süni İntellekt Sammiti işə başlayıb

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı

MİDA güzəştli mənzilləri satışa çıxarır - Qiymətlər açıqlandı

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14,9 faiz artıb

Səhiyyə Nazirliyi qəzalı xəstəxana ilə bağlı AÇIQLAMA YAYDI

Lənkəranda məişət zəmnində zəhərlənmə hadisəsi baş verib

BÜTÜN XƏBƏRLƏR