Prezident Əmək Məcəlləsində dəyişiklikləri təsdiqləyib

Prezident İlham Əliyev Əmək Məcəlləsində dəyişiklikləri təsdiqləyib.

Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Dəyişikliyə əsasən, işçilər küləkli havada açıq şəraitli iş yerlərində (o cümlədən həmin iş yerləri üzrə qurğularda) işləyərkən onlara müəyyən olunmuş qaydada fasilələr veriləcək və iş dayandırılacaq.

Həmçinin, küləyin gücü 6 baldan 8 baladək olduqda quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol veriləcək. Küləyin gücü 8 baldan artıq olduqda qeyd edilən kranlarla görülən bütün növ işlər hər bir halda dayandırılacaq.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır.

İşçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır.

Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir.

İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

SON XƏBƏRLƏR

Məşhur aparıcı “Xəzər TV”dən ayrıldı

Kart məlumatlarımız oğurlana bilər - Avtobuslarla bağlı təhlükə

Aysun İsmayılova xəstəliyə tutuldu

Sabah da güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirilib

Hərbi qulluqçumuz İtaliyada NATO kursunu müvəffəqiyyətlə başa vurub

Neçə Milli Qəhrəmanımız sağdır? – SİYAHI

Prezident “Yüksəliş” üçün 1 milyon manat ayırdı

Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsini təsdiqləyib

Prezident Əmək Məcəlləsində dəyişiklikləri təsdiqləyib

Sahibə Qafarova: Əhalinin gəlirlərinin artırılması üçün tədbirlər görülür

Azərbaycanda 140 nəfər enerji idarəçisi olmaq hüququ qazanıb

İnnovativ suvarma layihələri təqdim edilib

Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlərin sayı açıqlanıb

Azərbaycan Tibb Universitetində beynəlxalq endouroloji konqres keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib

Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər

Nəyi xatırlayacağımıza beynimiz necə qərar verir?

Vüqar Orucun uğur yolu Türkiyə mediasında

BÜTÜN XƏBƏRLƏR