Hikmət Hacıyev: Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb

2023-cü il müharibəsindən sonra Azərbaycan hökuməti və Prezident İlham Əliyev strateji uzaqgörənlik və siyasi öhdəliyini nümayiş etdirdi, Ermənistanla ilk növbədə sülh sazişinin imzalanması təşəbbüsü ilə çıxış etdi. Azərbaycan xalqı üçün bu, asan bir qərar deyil. Sadəcə, özünüzü ölkəsi 30 il işğal altında qalmış, bütün mədəni və dini irsi illər boyu işğal olunmuş ərazilərdə dağıdılmış Azərbaycan xalqının yerində təsəvvür edin.

Gazette.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.

O bildirib ki, məhz müharibədən dərhal sonra sülh gündəliyini irəli sürmək, həqiqətən də böyük fədakarlıq tələb edir. Lakin Azərbaycan hökuməti və Prezident İlham Əliyev bu təşəbbüsü nümayiş etdirdilər. “Biz burada məhz əbədi sülhün bərqərar olması və müharibənin dayandırılması üçün vacib addım atdıq. Burada müqavimət göstərən və dezinformasiya yayan qarşı tərəf idi. Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb”, - deyə Hikmət Hacıyev əlavə edib.

SON XƏBƏRLƏR

Bakıda 200 -dən çox xanım idmançının iştirakı ilə karate seminarı keçirilib -

İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Bakı Beynəlxalq İncəsənət Festivalının paralel proqramı elan edilib

Hikmət Hacıyev: Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb

Qubadlının mədəni irsi və milli kimliyi

Dövlət Vergi Xidməti növbəti onlayn sorğu keçirir

Ombudsman aparatının stendi hüquqi maarifləndirmə mərkəzinə çevrilib

Fərid Əhmədov Pakistanın Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlanılıb

Azərbaycanın “EXPO 2030 Ər-Riyad” sərgisində iştirakına dair müqavilə imzalanıb

Fərhad Xəlilov: "İstiqlal" ordenini alacağımı heç fikirləşməzdim

Qoşqar Təhməzli sahibkarları qəbul edəcək

Prezident Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi

Yeni icra başçısı kollektivə təqdim olundu

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Milli Qəhrəman komaya düşüb - Vəziyyəti ağırdır

AQTA sədri İmişli və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub

Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti

“Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” mövzusunda konfrans keçirilib

Dünya Bankı ilə Yaşıl Enerji Dəhlizinin inkişafı müzakirə edilib

BÜTÜN XƏBƏRLƏR