TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

Gazette.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, publik hüquqi şəxsin hüquq və öhdəlikləri, habelə əmlakı Nazirliyin tabeliyində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə keçir;

- TƏBİB-in nizamnamə fondu publik hüquqi şəxsin əmlakı hesabına formalaşır;

- TƏBİB “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək publik hüquqi şəxs fəaliyyətini davam etdirir və onun Müşahidə Şurasının səlahiyyətlərini Nazirliyin yaratdığı komissiya həyata keçirir;

- TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi Nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun 4 (dörd) müavinindən ibarət İdarə Heyəti həyata keçirir.

TƏBİB-in təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Azərbaycan Respublikasının Prezidentinə:

- TƏBİB-in nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;

- TƏBİB-in idarəetmə orqanlarının yaradılması;

- TƏBİB-in yenidən təşkili və ləğvi;

- “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;

Nazirliyə bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli tapşırılıb.

Nazirlər Kabineti isə aşağıdakılarla bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir:

- bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi;

- Nazirliyin təklifləri əsasında TƏBİB-in nizamnaməsinin layihəsi, o cümlədən nizamnamə fondunun miqdarı;

bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Nazirlik bu Fərmanın 2.3-cü bəndində nəzərdə tutulan komissiyanın yaradılmasını təmin etməlidir:

-TƏBİB-in dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;

- TƏBİB dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində publik hüquqi şəxsin əmlakının aidiyyəti üzrə TƏBİB-in balansına verilməsi üçün müvafiq tədbirlər görsün;

- bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

SON XƏBƏRLƏR

İİTKM-də “e-monitorinq” portalının “Layihə idarəetməsi” modulu üzrə təlimlər başa çatıb

Sabah leysan, dolu və qar yağacaq

ASA ilə Dövlət Vergi Xidməti arasında görüş keçirilib

DİN daha bir şəxsi həbs etdi

Anar Bayramov səhiyyə naziri oldu - Sərəncam

Teymur Musayev Baş nazirin müavini təyin olundu

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi

Azərbaycanın qış turizmi potensialı Londonda təqdim olunub

Əsgərin ölümünə görə 2 nəfər həbs edildi

Sahibkarlar SİMA İmza səlahiyyətini onlayn və müddətsiz ötürə bilər

Tibbin 9 istiqaməti, yeni elmi nəticələr: ATU jurnalının növbəti sayı

Gəncədə YAP-ın Qurultayından irəli gələn vəzifələrə dair müşavirə keçirilib

Vəkillər Kollegiyasının sədri yeni hakim təyin olunmuş 8 vəkili təltif edib

Nazirlikdə Özbəkistan nümayəndə heyəti ilə görüş olub

Prezidentdən Valeh Ələsgərovla bağlı - Sərəncam

Marsol Group partnyorları Azərbaycanın Yaponiyadakı səfirliyində olublar

Bakıda keçirilən NATO təlimi başa çatıb

Anar Bayramov Quba Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

BƏƏ nümayəndə heyəti ölkəmizə səfər edib

DSX-nin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd olundu

BÜTÜN XƏBƏRLƏR