Tibbin 9 istiqaməti, yeni elmi nəticələr: ATU jurnalının növbəti sayı

“Azərbaycan Tibb Universitetinin Jurnalı”nın 2026-cı il üzrə üçüncü nömrəsi hazırlanıb. Yeni buraxılışda tibbin doqquz istiqaməti üzrə elmi məqalələr, aktual tədqiqatların nəticələri və beynəlxalq elmi əməkdaşlığın nümunəsi olan araşdırmalar təqdim edilir. 

Jurnalın yeni sayında tibb, ictimai səhiyyə, əczaçılıq, ümumi cərrahiyyə, urologiya, pediatriya, patofiziologiya, anatomiya və histologiya sahələrini əhatə edən elmi işlər yer alıb. Məqalələr tibbin müxtəlif istiqamətlərində aparılan tədqiqatların nəticələrini elmi ictimaiyyətin diqqətinə çatdırır. 

Buraxılışın əsas diqqətçəkən araşdırmalarından biri Türkiyənin Ege Universitetinin Biokimya kafedrası və Təbiət elmləri fakültəsinin professoru Aziz Eftekharinin rəhbərlik etdiyi elmi qrupun solid şişlərin müalicəsində yeni texnologiyaların tətbiqinə həsr olunmuş tədqiqatıdır. Araşdırmanın jurnalda yer alması onkologiyada innovativ müalicə yanaşmalarının və müasir texnologiyaların tətbiqi perspektivlərinin elmi müzakirəsi baxımından xüsusi maraq doğurur.

Xatırladaq ki, “Azərbaycan Tibb Universitetinin Jurnalı” Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının elmi nəşrlər siyahısına daxildir və “Google Scholar” və EBSCO beynəlxalq elmi informasiya platformalarında indeksləşdirilir. Jurnalın elektron beynəlxalq standart seriya nömrəsi (e-ISSN) 2788-9807-dir. Məqalələrə rəqəmsal obyekt identifikatorunun (DOI) verilməsi onların elektron mühitdə tanınmasını və elmi istinad sistemlərində izlənilməsini asanlaşdırır. 

Nəşrə təqdim olunan məqalələr antiplagiat yoxlamasından keçirilir və elmi rəy proseduru əsasında qiymətləndirilir. Qəbul edilən materiallar jurnalın rəsmi internet səhifəsində yerləşdirilir və PDF formatında oxucuların istifadəsinə verilir. 

Jurnalın 2026-cı il üzrə üçüncü nömrəsi ilə "www.atuj.az" (//www.atuj.az/) internet səhifəsində tanış olmaq mümkündür. Müəlliflər üçün məqalələrin hazırlanması, təqdim edilməsi və nəşrə qəbulu qaydaları ilə daha ətraflı saytda tanış olmaq olar. 

SON XƏBƏRLƏR

Sevda Hacıyeva ölkə başçısı tərəfindən təltif edilib

Probasiya nəzarətində olan şəxslərin cəmiyyətə reinteqrasiyası ilə bağlı seminar keçirilib

Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Gündəlik kreditlərlə bağlı yeni tələblər qoyulur

Uşaqlarda aşkarlanan rotavirus nədir?

Hakerlər 2,5 milyard dollardan çox pul oğurlayıblar

"Rusiya ballistik raketlərlə hücuma hazırlaşır" - Zelenski

"Air France" Ər-Riyada reysləri dayandırdı

Malidə qədim Mars meteoriti aşkar edildi

Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR

Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib

Özbəkistan nümayəndə heyəti QHT Agentliyində olub

“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit reallaşdıracaq

Asiya-Sakit okean regionu Azərbaycan turizmini kəşf edir

Kamran Əliyev Rusiya Baş prokuroru ilə görüşüb

Prezident Türkiyədəki görüşdə iştirak edə bilməyəcək

DİN-də Kollegiya iclası keçirilib

Zakir Həsənov Slovakiyanın nümayəndə heyətini qəbul edib

Baş nazir Əli Əsədov Gürcüstana getdi

Hacı Vəliyevin cəzası azaldıldı

BÜTÜN XƏBƏRLƏR