Bakı ikinci dəfə "Art Weekend 2026" festivalına ev sahibliyi edəcək

30 oktyabr – 1 noyabr tarixlərində Bakı artıq ikinci dəfə “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalına ev sahibliyi edəcək.

Gazette.az xəbər verir ki, üç gün ərzində şəhərin mədəni və memarlıq məkanlarını vahid yaradıcı platformada birləşdirən festival müasir incəsənət, mədəni irs, performans, musiqi, təhsil və immersiv təcrübələri bir araya gətirəcək.

Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin rəhbərliyi ilə baş tutacaq üçgünlük incəsənət festivalının ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevadır.

“Art Weekend 2026”nın əsas mövzusu Qafqazın təbii irsi və Azərbaycanın “Böyük Beşliyi” hesab olunan ceyran, Qafqaz bəbiri, qonur ayı, boz canavar və imperator qartalıdır. “Böyük Beşlik” festivalın bədii proqramının əsas simvollarına çevrilərək təbiət, mədəni yaddaş, mifologiya, kimlik və gələcək nəsillər haqqında düşünmək üçün yeni perspektiv yaradacaq.

Qeyd edək ki, mövzu IDEA İctimai Birliyinin “Qafqazın Böyük Beşliyi” (Big Five of the Caucasus) təşəbbüsünə əsaslanır.

“Fly to Baku. Art Weekend. Sense the Future NOW” şüarı ilə keçiriləcək festival bu il də Bakını fərqli rakursdan kəşf etməyə imkan verəcək. Festivalın konsepsiyasında şəhərin özü də yaradıcı təcrübənin bir hissəsinə çevrilir: tamaşaçılar muzeylər, tarixi məkanlar, memarlıq abidələri, qalereyalar və müstəqil yaradıcılıq məkanları arasında hərəkət edərək Bakını incəsənət vasitəsilə yenidən kəşf edəcəklər. Üç gün ərzində Bakının bir çox simvolik məkanları – Heydər Əliyev Mərkəzi, Daş Salnamə Muzeyi, İçərişəhər, Şirvanşahlar Sarayı, Dənizkənarı Milli Park, Milli İncəsənət Muzeyi və şəhərdə fəaliyyət göstərən müxtəlif qalereyalar – təsviri incəsənət, performans, musiqi, poeziya və immersiv texnologiyaları əhatə edən çoxşaxəli proqramlarla canlanacaq.

Festival proqramında azərbaycanlı və beynəlxalq sənətçilərin iştirakı ilə müxtəlif istiqamətləri əhatə edən layihələr təqdim olunacaq. Proqramın əsas ekspozisiyaları sırasında Aydan Salahovanın yaddaş, mifologiya və qadınlıq mövzularını araşdıran multidisiplinar sərgisi, Mikelancelo Pistolettonun “Əbədiyyət güzgüsü” (Mirror of Eternity) layihəsi, tamaşaçıları cəmiyyət, bərabərlik və gələcək haqqında düşünməyə dəvət edən Cudi Çikaqonun “Qadınlar dünyanı idarə etsəydilər” (What if Women Ruled the World) sərgisi, seçilmiş azərbaycanlı müasir rəssamların Heydər Əliyev Mərkəzində təbiətin qorunması, biomüxtəliflik, mədəni yaddaş və insanın gələcək nəsillər qarşısındakı məsuliyyəti mövzularını əhatə edən “Təbiət danışanda: varislər” adlı sərgisi və memarlıqdakı naxışların sonsuzluq ideyasını və müasir abstrakt sənətdə təkrarın fəlsəfi mənasını araşdıran çinli rəssam Canq Cinin “Sonsuz toxuma” adlı sərgisi yer alır.

Proqramın digər mühüm istiqamətlərindən biri “Baku Steel Art 2026 – The Big Five” beynəlxalq polad heykəltaraşlıq simpoziumudur. Layihə çərçivəsində müxtəlif ölkələrdən sənətçilər Qafqazın vəhşi təbiətindən ilhamlanan monumental incəsənət əsərləri yaratmaq üçün bir araya gələcəklər. “Art Weekend 2026” proqramına, həmçinin Faiq Əhməd, Fərid Rəsulov, Elvin Nəbizadə, “DanceAbility Azerbaijan”, “Fluxus Space”, “Atəş Hub” və digər yaradıcı şəxslərin və kollektivlərin layihələri daxildir.

Xatırladaq ki, keçən il baş tutan və Bakıda yeni mədəni platformanın formalaşdığını təsdiq edən “Art Weekend 2025” çərçivəsində 9 694 qonaq qeydiyyatdan keçib, 29 500-dən çox giriş qeydə alınıb və 40-dan çox multidisiplinar proqram tamaşaçıların diqqətinə çatdırılıb. Üç gün ərzində şəhərin müxtəlif məkanlarında təşkil olunan proqram müasir incəsənəti, performansı, musiqini, ədəbiyyatı, təhsili və immersiv təcrübələri geniş auditoriya üçün əlçatan edib.

30 oktyabr – 1 noyabr 2026-cı il tarixlərində keçiriləcək “Art Weekend” Bakını incəsənət, mədəniyyət və yeni ideyaların qlobal görüş nöqtəsinə çevirməyi hədəfləyir. Festival tamaşaçıları yalnız incəsənətlə tanış olmağa deyil, həm də Bakını yeni gözlərlə kəşf etməyə dəvət edir. Festivalda iştirak üçün qeydiyyat həm tətbiq, həm də rəsmi sayt üzərindən mümkün olacaq.

Ətraflı məlumat: bakuartweekend.az

İnstaqram: @bakuartweekend

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR