Anar: “Nazirlik bizdən üzr istədi”

“Mədəniyyət Nazirliyi səhvini başa düşdü, bizdən üzr istədi və məhkəmədən iddiasını geri götürdü”.

Bunu  Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev deyib.

O bildirib ki, təşkilatın yerləşdiyi binada təmir işləri aparılıb və bütün məsələlər qanun çərçivəsində olub: “Bilmirəm, indi niyə ayılıblar. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən gəlib dedilər ki, təmir qanunsuz olub, qaydalar pozulub və s. Biz də eskpertizaya üz tutduq, Azərbaycan Milli Elmlər Akademiyasından rəy aldıq. Akademiya rəy verdi ki, burada heç bir qanun pozuntusu olmayıb, təmir qaydalara uyğun aparılıb”. 

Qeyd edək ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Azərbaycan Yazıçılar Birliyi barədə protokol tərtib edib.

Xitab24.az-ın xəbərinə görə, buna tarixi abidələrinin qorunması haqqında olan qanunun tələblərinə uyğun olmayaraq, abidə üzərində işlər aparılması səbəb olub.

Protokolda qeyd olunub ki, dövlət tərəfindən mühafizə olunan AYB-nin binasında təmir işləri Mədəniyyət Nazirliyindən və müvafiq qurumlarla razılaşdırılmadan aparılıb. 

Abidənin korlanması ilə təqribi 6000 manat ziyanın dəydiyi bildirilir. 

Məlum olub ki, nazirliyin qurumu dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı Azarbarpa Elmi-Tədqiqat Layihə İnstitutuna müraciət edib. Lakin onları tədqiqat aparılması üçün AYB-yə daxil olmasına icazə verilməyib.  Buna görə də dəymiş ziyanın təqribi hesablandığı qeyd olunub.

Məhkəmə inzibati xəta haqqında protokolu və toplanmış materialı natamam hesab edərək geri göndərib. (olke.az)
 

SON XƏBƏRLƏR

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

BÜTÜN XƏBƏRLƏR