Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Bu gün Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Gazette.az xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan ilə Pakistan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, yüksək səviyyədə mütəmadi görüşlərin və məsləhətləşmələrin ikitərəfli əlaqələrin daha da möhkəmlənməsində rolu qeyd edilib.

Baş nazir Şahbaz Şərif Pakistan xalqının Prezident İlham Əliyevə və Azərbaycan xalqına böyük hörmət və ehtiram bəslədiyini bir daha vurğulayıb.

Söhbət zamanı siyasi sahədə mövcud yüksəksəviyyəli münasibətlərin iqtisadi, ticari və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi ilə müşayiət olunmasının vacibliyi qeyd edilib.

Pakistanın Baş naziri Azərbaycanın “ASAN xidmət” modeli əsasında İslamabadda yaradılmış xidmət mərkəzinin fəaliyyətindən məmnunluğunu bildirib, bu təcrübənin Pakistanın digər bölgələrində də tətbiq olunması üçün Azərbaycan tərəfindən dəstəyin göstərilməsini xahiş edib.

Prezident İlham Əliyev bu istiqamətdə lazımi dəstəyin göstərilməsinə razılığını ifadə edib.

Pakistanın Baş naziri buna görə dövlət başçısına təşəkkür edərək, Azərbaycanın bu dəstəyini ölkələrimiz arasında dostluğun və həmrəyliyin növbəti bariz nümunəsi kimi qiymətləndirib.

Telefon danışığı zamanı son dövrlərdə Pakistanın regional və beynəlxalq səviyyələrdə dialoqun təşviqi, vasitəçilik və gərginliyin azaldılması istiqamətində göstərdiyi diplomatik səylər təqdir olunub.

Dövlət başçısı və Pakistanın Baş naziri ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlərə, həmçinin regional və beynəlxalq vəziyyətə dair fikir mübadiləsi aparıblar.

SON XƏBƏRLƏR

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

BÜTÜN XƏBƏRLƏR