Kəlbəcərdə ilk təhsil zəngi çalınıb

15 sentyabrda işğaldan azad olunan Kəlbəcərdə tikilən ilk ümumi təhsil müəssisəsi olan Kəlbəcər rayonu Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri üçün ilk təhsil zəngi çalınıb. 
 
Bilik günündə Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, idarə və sektor əməkdaşları, məktəb kollektivi, şagirdlər, valideynlər və qonaqlar iştirak ediblər.
 
İlk dərs günü Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə iştirak edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov Kəlbəcərdə ilk təhsil müəssisəsinin fəaliyyətə başlaması, həmçinin yeni tədris ili münasibətilə şagirdləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb, 2025-2026-cı tədris ilində qarşıda duran məsələlərdən danışıb.

Sonra Prezidentin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Bəşir Hacıyev də çıxış edərək bu əlamətdar gün münasibətilə hər kəsi təbrik edib.
 
Tədbir bədii hissə ilə davam edib. 
 
Daha sonra tədbir iştirakçıları yeni tikilmiş məktəbdə tədris prosesi ilə yaxından tanış olublar.
Qeyd edək ki, 2025-2026-cı tədris ilində Kəlbəcər rayonu 1 nömrəli tam orta ümumtəhsil məktəbində 43 şagirddən ibarət 11 sinif təşkil edilib və 14 müəllim burada tədris aparacaq.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR