Ukrayna BQ: "Rusiyanın Qara və Azov dənizlərində 4 “Kalibr” qanadlı raket daşıyıcısı var"

"Rusiyanın Qara və Azov dənizlərində 4 “Kalibr” qanadlı raket daşıyıcısı var. Bunlar Ukrayna ərazisindəki obyektlərə raket zərbələri endirmək üçündür".

Gazette.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında qeyd olunub.

“Volın və Polissya bölgələrində Belarus Silahlı Qüvvələrinin fəaliyyəti ilə bağlı vəziyyət ciddi dəyişməyib. Bu ölkənin ərazisindən raket silahlarından istifadə təhlükəsi qalmaqdadır Xarkov istiqamətində düşmən əsas səylərini əvvəllər işğal etdiyi mövqelərin saxlanmasına yönəldir. O, Xarkov şəhəri və Vyaliv su anbarı ərazilərində infrastruktur elementlərini artilleriya atəşinə tutub. Donetsk istiqamətində isə düşmənin əsas səyləri işğal olunmuş sərhədlərin qorunub saxlanılmasına və qoşunların yenidən qruplaşdırılmasına yönəlib. Rusiya ordusu əsas səylərin cəmləşdirilməsi istiqamətində qrupun hərəkətlərini asanlaşdırmaq üçün bir sıra istiqamətlərdə məhdudlaşdırıcı tədbirlər həyata keçirir”, - məlumatda vurğulanıb.

Bildirilib ki, Cənub Buq istiqamətində Rusiya Silahlı Qüvvələri əsas səylərini işğal olunmuş sərhədlərin qorunmasına yönəldirlər: “Onlar kəşfiyyat aparır, mövqelərin mühəndis-texniki təchizatını təkmilləşdirir, qoşunlarımızın yenidən qruplaşmasının qarşısını almağa çalışırlar. Rusiya ordusunun PUA-lar vasitəsilə havadan kəşfiyyatı davam edir. Ukrayna müdafiəçiləri aktiv döyüş əməliyyatlarının davam etdiyi bütün ərazilərdə qarşı tərəfin itkilər verməsinə nail olurlar. Müvəqqəti olaraq işğal olunmuş ərazilərdə partizan hərəkatı güclənir”.

SON XƏBƏRLƏR

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BÜTÜN XƏBƏRLƏR