BAKU Azərbaycan
20.03 °C

Şəmkirdə ana və övladı bıçaqlanaraq öldürülüb

Şəmkir rayonunda gənc qadın və azyaşlı övladı bıçaqlanaraq qətlə yetirilib.

Hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, 27 yaşlı Həsənova Lalə və onun 5 yaşlı qızı bıçaqlanıb. Hər iki yaralı aldığı xəsarətlərdən keçinib.

Hadisəni törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1985-ci il təvəllüdlü Həsənov Elməddin Elimdar oğlu saxlanılıb.

Hadisənin təfərrüatları araşdırılır.