BAKU Azərbaycan
16.03 °C

Elektron siqaretin partlaması 13 yaşlı məktəblinin üzünün yarısını qoparıb

Moskva vilayətində 13 yaşlı məktəblinin ağzında elektron siqaret partlaması nəticəsində üzünün yarısı qopub.

Gazette.az bildirir ki, bu barədə "İzvestiya" məlumat yayıb.

Hadisə Ximkidə, Sxodnya mikrorayonunda baş verib. Cihaz siqaret çəkərkən yeniyetmənin ağzında partlayıb. Parçalar onun dodağını, burnunu qoparıb, sağ əlini və hətta döş qəfəsini yaralayıb. Məktəbli xəstəxanaya yerləşdirilib. KİV-in məlumatına görə, hazırda oğlanın vəziyyəti ağır kimi qiymətləndirilir.

Müstəntiqlər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsinin 2-ci hissəsi ("Təhlükəsizlik tələblərinə cavab verməyən malların və məhsulların istehsalı, satışı və ya xidmətlərin göstərilməsi") ilə cinayət işi açıblar. Uşağın elektron siqareti haradan aldığını öyrənilir.