BAKU Azərbaycan
12.03 °C

Füzulidə minaya düşən polisin ayağı amputasiya edilib

Füzuli rayonunda minaya düşən polisin ayağı amputasiya edilib.

Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Belə ki, iyunun 26-sı saat 20 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İlham Salmanov rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində xidmətdə olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, xəstəxanaya yerləşdirilib, ayaq nahiyəsi topuqdan aşağı amputasiya olunub.

"Hazırda həyatı üçün təhlükə yoxdur", - DİN-in məlumatında bildirilib.

Faktla bağlı araşdırma aparılır.