Azərbaycan Ombudsmanı ATƏT-in tədbirində Ermənistan nümayəndəsinin iddialarına tutarlı cavab verib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ATƏT-in Azərbaycanın sədrliyi ilə keçirilən Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda Ermənistan nümayəndə heyətinin üzvünün əsassız arqumentlərinə tutarlı cavab verib.

Gazetteaz xəbər verir ki, Səbinə Əliyeva bütün beynəlxalq humanitar hüquq normaları və insan hüquqlarına zidd şəkildə Ermənistanın qəsdən qadağan olunmuş “SCUD”, “Smerç”, “İsgəndər-M” və digər ballistik raketlərdən, kasetli bombalardan istifadə etməklə mülki əhalinin sıx yaşadığı şəhər və rayonları intensiv şəkildə bombardmana məruz qoyduğunu, nəticədə mülki şəxslər arasında ölüm və yaralanma hallarının, habelə kütləvi dağıntıların baş verdiyini bildirib.

Ombudsman müharibə zamanı və sonrakı dövrlərdə müharibədən zərər çəkmiş ərazilərə baş çəkərək, Ermənistanın törətmiş olduğu müharibə cinayətlərinin nəticələri ilə yerində tanış olduğunu, bu cinayətlərin qurbanları ilə görüşdüyünü, beynəlxalq humanitar hüquq normalarının pozulması faktlarının bilavasitə şahidi olduğunu vurğulayıb.

O, habelə Ermənistanın 1992-ci ilin 26 fevral tarixində mülki şəxslərə qarşı insanlıq tarixində misli görünməmiş Xocalı soyqırımını törətdiyini, nəticədə çox sayda mülki şəxslərin, o cümlədən qadın, uşaq və qocaların amansızcasına etnik zəmində qətlə yetirildiyini Forum iştirakçılarının diqqətinə çatdırıb.

Ombudsmanın müharibə dövründə erməni hərbi əsirlərə baş çəkərək onların saxlanma şəraiti ilə tanış olduğu, fərdi qaydada qəbul etdiyi, müraciətlərini dinlədiyi, onların ailə üzvləri ilə həm telefon, həm də məktub vasitəsi ilə əlaqə saxlamalarına yardım edildiyi, öz dillərində hüquq və azadlıqları ilə bağlı qanunvericilik aktlarının təqdim olunduğu, lakin Ermənistan Ombudsmanının Ermənistanda saxlanılan azərbaycanlı hərbi əsir və girovların vəziyyətləri ilə bir dəfə də olsun maraqlanmadığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Ombudsman Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin taleyi ilə bağlı indiyədək onların ailə üzvlərinə məlumat verilməməsinin beynəlxalq humanitar hüquq normalarına zidd olduğunu, bununla Ermənistan tərəfinin ailə həyatına hörmət hüququnun, habelə münaqişə tərəflərinin itkin düşmüş şəxslərin axtarışı, onlarla bağlı məlumatların mübadiləsi sahəsində əməkdaşlıq etmək öhdəliyini pozduğunu qeyd edib.

S.Əliyeva Ermənistanın 30 il ərzində işğal altında saxlanılmış Azərbaycan torpaqlarında kütləvi şəkildə minalama prosesi həyata keçirdiyini, Ermənistan tərəfinin hələ də dəqiq mina xəritələrini verməkdən boyun qaçırmasının beynəlxalq humanitar hüquq pozuntusu olduğunu vurğulayıb.

SON XƏBƏRLƏR

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BÜTÜN XƏBƏRLƏR