BŞTİ-də vətəndaşların qəbulu yanvarın 1-dək dayandırılıb

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzi 2022-ci ilin yanvarın 1-dək vətəndaşların qəbulunu dayandırıb.

Qeyd olunan dövr ərzində müraciətlər BŞTİ-nin Çağrı Mərkəzi  (146-0) vasitəsilə cavablandırılacaq. Vətəndaşlar, həmçinin idarənin rəsmi elektron poçt ünvanına və Təhsil Nazirliyinin portal.edu.az saytına müraciət edə bilərlər. BŞTİ tərəfindən videoqəbul formatında həyata keçirilən videoqəbulda iştirak etmək istəyən vətəndaşlar qəbul günləri haqqında BŞTİ-nin Çağrı Mərkəzinə (146-0) zəng etməklə və ya İdarənin saytındakı müvafiq bölməyə daxil olmaqla məlumat ala bilərlər.

Rəsmi məlumatları BŞTİ-nin internet saytı və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

Qeyd edək ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yazdıqları məktubları poçtla göndərə və ya digər müvafiq sənədləri İdarənin əsas giriş qapısının yanındakı poçt qutusuna sala bilərlər.

SON XƏBƏRLƏR

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

BÜTÜN XƏBƏRLƏR